Nərimanov bələdiyyəsində Anım günü qeyd edildi
27 sentyabr – Anım Günü ilə əlaqədar Nərimanov bələdiyyəsində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbirdə Azərbaycan Şəhər Bələdiyyələr Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, şəhid ailələrinin üzvləri, qazilər, bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.
Bələdiyyənin inzibati binasında şəhidlərimizin xatirəsinə həsr olnumş guşə önündə keçirilən tədbirdə çıxış edən sədr Təmraz Tağıyev düşmən tapdağından azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.
Sədr çıxışında həmçinin, Ail Baş Komandanın rəhbərliyi ilə ordumuzun istər 44 günlük Vətən müharibəsində, istərsə də sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərini yüksək peşəkarlıqla yerinə yetirməsindən, habelə bələdiyyə tərəfindən daim şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışıb.
Sədrin sözlərinə görə, bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində daimi işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.
Görüşdə iştirak edən şəhid ailəsinin üzvləri və qazilər onlara göstərilən qayğıya görə ölkə Pezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Belediyye.info