Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-09-2023 , 23:12

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyənin təşkilatçılğı ilə Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib 

Respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhərində də 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. 

Həmin tədbirlər çərçivəsində 27 Sentyabr - Anım Günü ərəfəsində bu gün Gəncə şəhər Nizami Bələdiyyəsinin təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidlərin əziz xatirəsinə inşa edilmiş Şəhidlər Xiyabanın ərazisində növbəti dəfə qəbirstanlıqlarda təmir-bərpa, təmizlik işləri aparılıb.

Məzar daşları silinib,  Şəhidlərimizin şəkli əks olunmuş lövhədə yenidən rekonstruksiya işləri aparılıb, bayraqların dirəkləri yenidən qurulub və bütün  bayraqlar dəyişdirilib,  güllər əkilib, işıq dirəkləri  və oturacaqlar  boyanıb.

Qeyd edək ki, həmin ərazi daima Gəncə Şəhər Nizami Bələdiyyəsinin nəzarətindədir.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!

Gəncə Şəhər Nizami Bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024