Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-09-2023 , 21:30

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri: “Vətəndaşlardan bələdiyyə büdcəsinə olan vergi borclarını ödəmələrini xahiş edirik”

“Zaqatala rayonun Muxax bələdiyyəsi ərazisinə 17 sentyabr 2023--cü il tarixdə təbii fəlakət baş vermişdir”- bu barədə Belediyye.infoya  məlumatı adıçəkilən bələdiyyənin sədri Elvin Yusifov bildirib.

Sədr daha sonra bildirib ki, 8 sentyabr tarixində baş vermiş təbii fəlakətin fəsadları aradan qaldırılmamış yenidən təbii fəlakət baş vermişdir. Güclü küləklə müşahidə olunan yağış seli,dolu vətəndaşların evlərinə, yollara çox zərər vermişdir.

Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə sədrinin tapşırığı ilə komissiya yaradılmış ərazidə yollara baxış kecirilmişdir. Yollara baxış zamanı bələdiyyə sədr özü də iştirak etmişdir. Baxış aktı bələdiyyə üzvlərinin iclasında müzakirə edilərək vəsat ayrılmaqla fəsadların aradan qaldırılması təmin ediləcəkdir.

Sədr Elvin Yusifov bildirib ki, məsələnin həlli istiqamətində bütün tədbirlər görüləcəkdir. Sədr bir də açıqlamasında  vətəndaşlardan bələdiyyə büdcəsinə olan vergi borclarını ödəmələrini xahiş etməyi unutmayıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024