Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-09-2023 , 18:37

7783

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bərdə regional ədliyyə idarəsi Ağcabədi rayonunda seminar müşavirə keçirib



Bərdə regional ədliyyə idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodiki köməklik göstərilməsi məqsədi ilə 2023-cü ilin ikinci yarımilinə dair seminarlar qrafikinə uyğun olaraq  08.09.2023-cü il tarixdə idarənin yurisdiksiyasına daxil olan Ağcabədi rayonu üzrə bələdiyyələrin üzv və qulluqçuları ilə seminar keçirilmişdir.

Seminarda “Bələdiyyələr tərəfindən yerli vergilər üzrə uçotun dəqiqləşdirilməsi, uçotdan kənarda qalan vergitutma obyektlərinin uçota götürülməsi, vergilərin qanunauyğun hesablanması və yığılması sahəsində 2023-cü ilin birinci yarımili ərzində görülmüş işlərin nəticələri, bu sahədə mövcud nöqsanlar və qarşıda duran vəzifələr”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 May 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunundan iərli gələn məsələlər”, “Bələdiyyələrlə iş portalı”ının təkmilləşdirilmiş versiyasının yeni imkanları və portaldan istifadə barədə bələdiyyə üzv və qulluqçularının məlumatlandırılması”, “Yaşayış məntəqələrinin ərazilərinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi sahəsinə bələdiyyələrin vəzifələri” və sair mövzularda çıxışlar edilərək, qanunvericiliyin tələbləri izah edilmiş, habelə seminar iştirakçılarının sualları cavablandırılmışdır. 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
752

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
826

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
733

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
901

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1199

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
1104