Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-09-2023 , 18:46

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

QHT sədri: “Şəki bələdiyyələrinin ətraf mühitin mühafizəsinə ay ərzində 6.6 manat  vəsait ayrımalarını qənaətbəxş saymaq olmaz ”


“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin cari ilin iyul ayının birindən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən   “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsi çərçivəsində növbəti görüşü Şəki bələdiyyələrinin iştirakıyla baş tutub”” - bu barədə Belediyye.info birliyin sədri Vüqar Cəfərov məlumat verib. 

Şəki bələdiyyəsinin iclas zalında Şəki ŞİH-in təşkilatçılığı ilə keçirilən görüşdə  Şəki rayon İcra Hakimiyyəti Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin,  Şəki regional ədliyyə idarəsinin,  Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin 7 saylı Şəki regional idarəsinin məsul vəzifəli şəxsləri, habelə Şəki rayonunda formalaşan 30-a yaxın bələdiyyənin sədri iştirak edib.

Tədbirdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Cəfərov mövzu ilə əlaqəli  çıxış edib. 

Çıxışında təşkilat sədri ətraf mühitin qorunması istiqamətində işlərin aparılmasında dövlətlə yanaşı həm də hər bir bələdiyyənin  də üzərinə məsuliyyət yükünün düşdüyünü qeyd edib. Çıxşında layihə rəhbəri Şəki bələdiyyələrinin maliyyə durumundan, onların qarşılaşdıqları problemlərdən, əldə etdikləri uğurlardan habelə, ətraf mühitin mühafizəsiylə bağlı görülən işlərdən danışıb. 

Görüşdə V.Cəfərov Şəki bələdiyyələrinin ətraf mühitin mühafizəsinə  ay ərzində 6.6 manat  xərc çəkdiklərindən təəsüfləndiyini qeyd edib.   

Görüşdə Şəki şəhər İcra Hakimiyyəti Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Filman Rəsulov, Şəki regional ədliyyə idarəsinin baş məsləhətçisi Tərlan Qafarov,  Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin  Şəki regional idarəsinin təmsilçisi Pərvin Səmədov  mövzu ilə bağlı öz fikir və mülahizələri bildiriblər. 

Görüşdə Kiş, Güngüt, Bideyz, Kiçik Dəhnə bələdiyyələrinin sədrləri mövzu ətrafında  fikir və mülahizələrini bölüşərək, mövcud problemlərin həlliylə bağlı öz təkliflərini bildiriblər.    

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsi çərçivəsində növbəti görüşü Qax bələdiyyələriylə olacaqdır. 

PS. Şəki bələdiyyəsinin sədri Mayis Allahverdiyevin belə vacib tədbirə etinasız yanaşması təəssüf doğurur.
P.S.S Tədbirin gedişi vaxtı işıqların uzun müddət sönməsi şəkillərin keyfiyyətsiz alınmasına səbəb olub.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024