Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-09-2023 , 20:12

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

ƏN TEZ xidmətinin tətbiqi dairəsi genişləndirilir


 Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının asanlaşdırılması, bu məqsədlə rəqəmsal innovasiyaların tətbiqi Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq əhaliyə müxtəlif elektron və mobil ədliyyə xidmətləri göstərilir.

Eyni zamanda 3 saylı Bakı DOST mərkəzində və Heydər Əliyev Beynəlxalq Aeroportunda nazirliyin istifadəyə verilmiş növbəti innovativ – “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti vətəndaşlara, o cümlədən səyahət etmək istəyənlərə yerindəcə müraciət etməklə məsafədən zəruri ədliyyə xidmətlərinin göstərilməsi imkanı yaradılıb.

Böyük vətəndaş məmnunluğu doğuran bu innovativ xidmətə artan ictimai maraq nəzərə alınaraq nazirlik tərəfindən “ƏN TEZ”-in tətbiqinin genişləndirilməsi davam etdirilir və artıq bu gündən həmin xidmət platforması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzində istifadəyə verilib.

Bu innovasiya vasitəsilə vətəndaşlar heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla Ədliyyə Nazirliyinə müraciət edərək notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən yararlana bilərlər.

Nazirlik tərəfindən “ƏN TEZ” xidmətinin paytaxtla yanaşı, respublikamızın digər bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, habelə ASAN xidmət mərkəzlərində və insanların daha çox müraciət etdikləri digər xidmət məkanlarında da istifadəyə verilməsi nəzərdə tutulur.

 Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeni nazir kimdir? - Dosye

Gündəlik Xəbərlər
27-02-2024

Yeni ədliyyə naziri təyin edildi

Gündəlik Xəbərlər
27-02-2024

Milli Qəhrəman 60 yaşını qeyd edib

Gündəlik Xəbərlər
27-02-2024

İcra hakimiyyətində KORRUPSİYA ƏMƏLİYYATI

Gündəlik Xəbərlər
23-02-2024

Şuşa rayonunda yeni iş yerləri

Gündəlik Xəbərlər
23-02-2024

Bələdiyyə sədri üçün özəl gün

Gündəlik Xəbərlər
23-02-2024