Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-09-2023 , 00:21

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Nərimanov rayonunda Vətən Müharibəsi Qəhrəmanının doğum günü qeyd edilib


“Nərimanov rayonunda II Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin doğum günü  Nərimanov RİH-in təşəbbüsü ilə Fəxri Xiyabandakı məzarı önündə qeyd olunub”- bu barədə Belediyye.infoya  məlumatı adıçəkilən bələdiyyənin və Azərbaycan Şəhər Bələdiyyələri Milli  Assosiasiyasının sədri Təmraz Tağıyev bildirib.

Təmraz Tağıyevin sözlərinə görə, mərasimdə Nərimanov RİH başçısı Elgin Həbibullayev, Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin ailə üzvləri, rayonun məsul vəzifəli şəxsləri, ziyalılar, şəhid və qazi ailələrinin üzvləri iştirak edib.  

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev  şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.

Mərasimdə çıxış edənlər şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.

Şəhidin mənzilində davam edən görüşdə Nərimanov RİH başçısı Elgin Həbibullayev  şəhidin oğlu  Ömər Nudirəliyevi Ali məktəbə qəbul olunması münasibətiylə təbrik edərək ona qiymətli hədiyyəni təqdim etmişdir. İcra başçısı qeyd edib ki, şəhidimizin  ruhu bu gün şaddırki onun oğlu bu gün belə bir uğura imza  atıb.

Şəhidin ailə üzvləri Vətən müharibəsi Qəhrəmanına göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Xatrıladaq ki, Zaur İsmayıl oğlu Nudirəliyev 1 sentyabr 1978-ci ildə Bakıda anadan olub.

Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmişdir və Azərbaycan Ordusunun Komandanlığı bu işi Zaur Nudirəliyevə tapşırmışdır. Nudirəliyev nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir, həmçinin "Su-25" hücum təyyarəsindən lazer müşaiyətli bombaların birinci atışını reallaşdırmışdır. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilmişdir, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum təyyarəsinin vurulması nəticəsində həlak olmuşdur.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024