Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-08-2023 , 06:31

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Mətləb Əliyev: “Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq Buzovna bələdiyyəsinin hər bir üzvünün və qulluqçusunun müqəddəs borcudur”

“Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.  

Sədrin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühüm addımlar atılır.

Bu istiqamətdə atılan addımlarda Buzovna bələdiyyəsi olaraq bizdə öz töhfəmizi verməyi unutmuruq. Belə ki, istər onların adlarının əbədiləşdirilməsində, xatirə lövhələrinin hazırlanmasında, həmçinin şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsində ciddi layihələr icra edilməkdədir.

Bələdiyyə iclasında təsdiqlənmiş qərara əsasən qəsəbədə olan 37  qazi və şəhid ailəsinin hər birinin ailəsi bələdiyyə üzvləri və qulluqçuları tərəfindən ziyarət edilməsi, onların müraciətlərinə operativ baxılması qərara alınıb. Ötən il bələdiyyə iclasının qərarıyla  şəhidlərin əziz xatirəsinə həsr olunmuş  “Abidə kompleksi”nin açılışı keçirilib.

Bununla yanaşı bələdiyyə iclasında qəbul edilmiş xüsusi proqrama uyğun olaraq mütəmadi olaraq Buzovna bələdiyyəsinin nümayəndələri tərəfindən ərazidə yaşayan 12 şəhid və 25 qazinin ailəsi  ziyarət edilərək onların hər birinin ailəsinə  bayram günlərində həm ərzaq sovqatı göndərilir, həm də maddi yardım göstərilir. Görüşlərdə iştirak edən bələdiyyə təmsilçiləri   həmçinin hər bir şəhid və qazi ailəsinin üzvlərinin qayğıları ilə də maraqlanırlar.

Mətləb Əliyev sonda bildirib ki, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər bir bələdiyyə üzvünün və qulluqçusunun müqəddəs borcudur. Buzovna bələdiyyəsi olaraq bu işdə bundan sonrada öz töhvəmizi verməyə hazırıq.

Belediyye.info


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024