Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-08-2023 , 22:12

Son xəbərlər

Bütün xəbərlər

"Məhv olmuş ömür. Narkotikə YOX de!” 

Gündəlik Xəbərlər
04-10-2023

Yasamal rayonunda Anım Günü qeyd   edilib

Gündəlik Xəbərlər
29-09-2023

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Sumqayıt bələdiyyəsi: "Uşaqlarımıza yaşana biləcək bir dünya buraxmaq üçün çevrəmizi təmiz saxlayaq!"

Sumqayit bələdiyyəsi yeni layihəyə stat verib. “Sumqayıt bizim evimizdir, evimizi təmiz saxlayaq” devizi altında keçirilən layihənin ilkin mərhələsi şəhərin "Tuqzavod" deyilən ərazisində baş tutub. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda bildirilir ki, bələdiyyə iclasının qərarıyla adıçəkilən ərazidə təmizlik işləri görülmüş və ərazi məişət tullantılarından tamamilə təmizlənmişdir.
Bələdiyyənin paylaşdığı məlumat bu cümlə ilə tamamlanır: "Uşaqlarımıza yaşana biləcək bir dünya buraxmaq üçün çevrəmizi təmiz saxlayaq!"
Belediyye.info