Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-07-2023 , 13:39

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Vətən müharibəsi şəhidləri Murad Qurbanov və Bilal Qənbərovun ailə üzvləri ziyarət olunub

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, Səbail RİHBA-nın məsul əməkdaşları və bələdiyyə sədrləri Vətən müharibəsi şəhidləri Qurbanov Murad Asif oğlu və Qənbərov Bilal Xanlar oğlunun ailə üzvlərini ziyarət etmişlər.

Ziyarət zamanı şəhidlərin ailə üzvlərinin qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən olduğunu bildirmişdir.

Şəhidlərin valideynləri şəhid ailələrinin və müharibə iştirakçılarının Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, ölkə rəhbərliyi tərəfindən göstərilən bu qiymətin hər kəs üçün bir nümunə olduğunu bildirmişlər.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024