Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-06-2023 , 19:44

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

 Nərimanov rayonunda şəhidin məzarı ziyarət olunub

Bu gün Vətən Müharibəsi şəhidi Şirəli İlham oğlu Adilovun doğum günüdür. Bu münasibətlə Nərimanov Rayon İcra Hakmiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, hüquq mühafizə orqanlarının nümayəndələri, rayon ictimaiyyəti  və bələdiyyə üzv və qulluqşularinin iştirakıyla şəhidin məzarı ziyarət edilib.

Əlavə edək ki, yüzlərlə qəhrəman oğullarımız Vətən müharibəsində igidlik göstərib, adını tarixə yazdırdı. Onlardan biri də Adilov Şirəli İlham oğludur.

Füzulidə, Hadrutda, Xocavənddə gedən döyüşlərdə iştirak edən Şirəli Adilov böyük qəhrəmanlıqlar göstərib.  
Aprel döyüşlərində könüllü olaraq iştirak edən qəhrəmanımız Vətən müharibəsinin də ilk günlərindən döyüşlərə qatılıb.

Bir çox igidliklər göstərən Şirəli, oktyabrın 24-də qəhrəmancasına şəhidlik məqamına ucalıb. Şəhid olduqdan sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah şəhidimizə rəhmət etsin.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024