Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-06-2023 , 13:48

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +
Tədbirlərə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Kongresinin Azərbaycan üzrə daimi nümayəndəsi olan Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov qatılıb.

1-2 iyun tarixlərində Hollandiyanın Arnhem şəhərində yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə dair iki mühüm tədbir baş tutub. Belə ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Kongresinin İdarəetmə Komitəsi tərəfindən təşkil olunmuş növbəti iclas, həmçinin İdarəetmə Danışıqları çərçivəsində Avropa bələdiyyələri və regionları üçün rəqəmsal səlahiyyətlərin artırılması üzrə Konfrans keçirilib.
Tədbirlərə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Kongresinin Azərbaycan üzrə daimi nümayəndəsi olan Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov qatılıb.
Hümbət Hüseynov Konqresin İdarəetmə Komitəsinin iclasında işıqlandırılan mövzulardan biri olan Nifrət nitqi və feyk xəbərlər üzrə gələcək işlərin təklifinə dair keçirilən debatlarda fəal iştirak edib.
O öz çıxışında bildirib ki, İnformasiya dünyasında yaşadığımız üçün baxışımız və reaksiyalarımız istehlak etdiyimiz məlumatların məzmunu ilə müəyyən edilir. Bunu nəzərə alaraq deyə bilərik ki, saxta mesajların yayılması cəmiyyətin psixi sağlamlığına təsir etməyə bilməz. İnsanlar məhz mediada aktiv şəkildə işıqlandırılan və müzakirə olunan mövzuları və problemləri ən vacib olduqlarını hesab edirlər. Beləliklə, cəmiyyətin təmsilçiliyini məqsədyönlü şəkildə korrektə etmək, yəni faktiki olaraq yeni reallıq formalaşdırmaq olar.
Mənfi amillərə baxmayaraq, saxta xəbərlər getdikcə populyarlaşır. Bu, oxucuların məlumatın saxta olduğunu dərhal tanıya bilməməsi, təsvir olunan faktların etibarlılığına qeyd-şərtsiz və ya qismən inanması ilə əlaqədardır.
Nifrət nitqi seçicilərin seçki davranışına da mənfi təsir göstərə bilər. Demokratik seçkilər siyasi vəzifələr uğrunda azad və ədalətli rəqabətlə xarakterizə olunur. Seçki kampaniyasında nifrət nitqi senzurası, siyasi rəqabətdə təmsil olunan fikirlərin heç də hamısının göstərilmədiyini bilə-bilə əhalini antaqoniyaya sala bilər. Seçki kampaniyaları zamanı nifrət nitqinin senzurasına vətəndaşlar demokratiyanın arzuolunan müdafiəsi kimi baxa bilər, lakin senzuraya məruz qalan siyasətçi öz fikrini sərbəst ifadə etməkdə məhdudiyyətlərlə qarşılaşır.
Bundan başqa İdarəetmə Komitəsinin iclasında Dürüstlük və korrupsiyanın qarşısının alınması, içməli su mənbələrinin qıtlığı, Kiçik şəhərlərin və kənd yerlərinin dirçəldilməsi kimi mövzulara dair debatlar keçirlib.
İdarəetmə Danışıqları çərçivəsində Avropa bələdiyyələri və regionları üçün rəqəmsal səlahiyyətlərin artırılması üzrə Konfransın əsas məqsədlərdən biri ən yaxşı təcrübələri bölüşmək və yerli və regional səviyyədə effektiv rəqəmsal siyasətlər üçün tövsiyələr vermək üçün Avropa Şurası, digər beynəlxalq təşkilatlar, akademik dairələr və özəl sektordan olan ekspertləri və maraqlı tərəfləri bir araya gətirməkdir.
Hümbət Hüseynov bildirib ki, Konfrans zamanı Hollandiyanın rəqəmsallaşma təcrübəsi, Avropa şəhər və regionlarında rəqəmsal inklüzivliyin təşviqi, Süni intellekt vasitəsilə şəhər və rayonların dəyişdirilməsi, Rəqəmsallaşmanın demokratik proseslərə, insan hüquqlarına və ətraf mühitə təsiri kimi mövzular üzrə çıxış və panel müzakirələr təşkil olunub. 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024