Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-06-2023 , 23:09

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə üzvlərinin də iştirak etdiyi Azərbaycan nümayəndə heyəti Niderlandda səfərdədir


Bələdiyyə üzvlərinin də iştirak etdiyi Azərbaycan nümayəndə heyəti Niderlandın Arnhem şəhərində Avropa Şurası Konqresinin İdarəçilik Komitəsinin iclasında iştirak edir. Bu barədə məlumatı Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsuzladə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib.
Sədrin sözlərinə görə, Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin İdarəçilik Komitəsinin üzvləri Hümbət Hüseynov, Rauf Əliyev və nümayəndə heyətinin katibi Rövşən Məmmədovun iştirak etdiyi iclasda bir sıra məsələlərə toxunulub.
İdarəçilik komitəsinin sədri Jelena Drenjanin və Konqresin Baş katibi Mathieu Mori Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə görüşünün yekunları barəsində məlumat veriblər.
Baş katib zirvə görüşünün yekun bəyannaməsini Konqresin işi üçün müsbət qiymətləndirib.
Bildirib ki, bəyannamə yerli və regional demokratiya və özünüidarə üçün yeni təkanlar verəcək. Daha sonra dairəvi iqtisadiyyatların inkişaf edilməsində yerli və regional hakimiyyətlərin roluna dair debat baş tutub. Debatda yerli özünüidarəni əhatə edən məsələlərə dair bir sıra müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvü Hümbət Hüseynov çıxışında nifrət nitqinin və saxta xəbərlərin cəmiyyətin təmsilçiliyini məqsədyönlü şəkildə korrektə edərək yeni reallıq formalaşdıra bilməsinə toxunub. Və bunun seçicilərin seçki davranışına mənfi təsir edəcəyindən danışıb. Qeyd edək ki, sabah Azərbaycan nümayəndə heyəti Avropa bələdiyyələri və regionları üçün rəqəmsal güclənməyə dair konfransda iştirak edəcək. Konfransda rəqəmsal və süni intellekt vasitələrinin demokratik proseslərə təsirindən, inklüziv rəqəmsal keçidin təmin edilməsi kimi mühüm məsələlər panel müzakirəsinə çıxarılacaq. Müzakirələr çərçivəsində Avropada bələdiyyələr və regionlar üçün rəqəmsal inklüzivliyin, kibertəhlükəsizliyin və süni intellektin imkanları və problemlər araşdırılacaq.
Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024