Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-05-2023 , 23:58

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Xaçmaz regional ədliyyə idarəsinin əməkdaşları  tərəfindən seminar keçirilib

Xaçmaz regional ədliyyə idarəsi tərəfindən 2023-cü ilin birinci yarımilində Siyəzən rayon bələdiyyələrinin üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodik köməklik göstərilməsi məqsədi ilə aşağıdakı mövzularda nəzərdə tutulmuş seminar keçirilmişdir.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər;

Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər;

Müasir çağrışlar fonunda bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasının zəruriliyi,bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara şərait yaradan hərəkət və ya hərəkətsizlikləri barədə;

Yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyyələr tərəfindən göstərilə biləcək xidmətlər;

Yerlərdə abadlaşdırma işlərinin aparılması ilə bağlı bələdiyyələrin vəzifələri və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı;

Müxtəlif kateqoriya müraciətlərə baxılması ilə bağlı qanunvercilikdə nəzərdə tutulmuş tələblər və bu zaman qanunla müəyyən edilmiş müddətlərə riayət edilməsinin zəruriliyi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prisipinin yerli özünüidarəetmədə əhəmiyyəti barədə  müazkirərlə aparılmışdır.

Son iştirakçıları maraqlandıran suallar cavablandırlımışdır.

Xaçmaz regional ədliyyə idarəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024