Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-04-2023 , 20:58

3970

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bərdə regional ədliyyə idarəsi tərəfindən Tərtər şəhərində növbəti seminar   keçirilib

Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Tərtər rayon bələdiyyələrinin iştirakı ilə Tərtər Gənclər Mərkəzində növbəti seminar-müşavirə  keçirilmişdir. 

Seminar  Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur. Seminarda Ulu öndərin həyat və fəaliyyətinə, habelə Azərbaycan ədliyyəsinin inkişafına,  verdiyi töhfələrə toxunulmuşdur.

Daha sonra seminar müşavirə davam etdirilmiş, idarənin əməkdaşları tərəfindən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr”, “Yerli büdcə gəlirlərinin artırılması və onlardan səmərəli istifadə olunması sahəsində 2022-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr”, “Müasir çağırışlar fonunda bələdiyyələrin fəaliyyətindəşəffaflığın artırlmasının zəruriliyi, bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara şərait yaradan hərəkət və ya hərkətsizlikləri”, “Müxtəlif kateqoriya müraciətlərə baxılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər və bu zaman qanunla müəyyən edilmiş müddətlərə riayət edilməsinin zəruriliyi”, “Yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyyələr tərəfindən göstərilə biləcək xidmətlər”, “Müqavilənin bağlanması və müqavilədən irəli gələn öhdəlikərin icrası ilə bağlı qanunvericiliyin tələbləri”, “Yerlərdə abadlaşdırma işləri ilə bağlı bələdiyyələrin vəzifələri və “Yaşılıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı”, “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prinsipinin yerli özünüidarəetmədə əhəmiyyəti” barədə mövzular ətrafında çıxışlar edilmiş və  seminar müzakirələr şəklində davam etmişdir.

Sonda Tərtər bələdiyyələrini maraqlandıran suallara əməkdaşlar tərəfindən ətraflı izahatlar verilmişdir

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələrlə bağlı bu yeniliklər olacaq - Yenilənib


Gündəlik Xəbərlər
18-10-2024
1001

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
647

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
590

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
909

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
775