Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-04-2023 , 20:12

5407

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dövlət Xidməti, icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində istintaq yekunlaşıb - SİYAHI

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX), rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işinin istintaqı yekunlaşıb

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs:

- Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov,

- Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov,

- Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov,

- Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov,

- Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə;

Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  Bundan başqa, həmin qanunsuz əməllərinin törədilməsində iştirakda təqsirləndirilən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla hazırda ibtidai istintaqı davam etdirilir. https://report.az/hadise/dovlet-xidmeti-icra-hakimiyyetinin-vezifeli-sexsleri-ve-belediyye-sedrleri-baresinde-cinayet-isinin-istintaqi-yekunlasib/

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İmişli regional ədliyyə idarəsi ötən ilə yekun vurdu


Gündəlik Xəbərlər
04-02-2025
531
Belə "maniPulyativ" addımlarla nə qazandınız: CİDDİ 
Gündəlik Xəbərlər
04-02-2025
497

1 milyondan çox seçici səs verib

Gündəlik Xəbərlər
29-01-2025
575

İlham Əliyev səs verdi

Gündəlik Xəbərlər
29-01-2025
653

Bələdiyyə seçkilərinə böyük maraq var


Gündəlik Xəbərlər
29-01-2025
535

Məzahir Pənahov seçicilərə çağırış etdi


Gündəlik Xəbərlər
29-01-2025
493

Azərbaycanda bələdiyyə seçkiləri başladı


Gündəlik Xəbərlər
29-01-2025
531

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Gündəlik Xəbərlər
29-01-2025
556