Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-04-2023 , 17:12

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Kürdəmir bələdiyyələrinin iştirakıyla  seminar keçirilib

 Göyçay Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına aid olan Kürdəmir rayonunun  bələdiyyələrinin  üzv və qulluqçularının iştirakı ilə 12.04.2023-cü il tarixdə Göyçay rayonunda bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar müşavirələr keçirilmişdir. Seminarda Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr; Şuşa şəhərinin 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr; Yerli büdcə gəlirlərinin artırılması və onlardan səmərəli istifadə olunması sahəsində 2022-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr; Müasir çəğırışlar fonunda bələdiyyələrin fəaliyyətində şəffavlığın artırılmasının zəruriliyi, bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara şərait yaradan hərəkət və ya hərəkətsizlikləri barədə; Müxtəlif kateqoriya müraciətlərə baxılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər və bu zaman qanunla müəyyən edilmişmüddətlərə riayət edilməsinin zəruriliyi; Yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyyələr tərəfindən göstərə biləcək xidmətlər; Müqavilələrin bağlanması və müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı qanunvericliyin tələbləri; Yerlərdə abadlaşdırma işlərinin aparılması ilə bağlı bələdiyyələrin vəzifələri və “ Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı;  İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prinsipinin yerli özünüidarəetmədə əhəmiyyəti barədə mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

 Göyçay Regional Ədliyyə İdarəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bakıda 30 hektarlıq yeni park salınır

Gündəlik Xəbərlər
15-03-2024

Şüvəlan bələdiyyəsindən humanist addım

Gündəlik Xəbərlər
05-03-2024