Masallıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Masallı rayonunun Ərkivan qəsəbəsində 8 Noyabr – Zəfər Gününü münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, aksiya Ərkivan–Allahyarlı avtomobil yolunun hər
iki tərəfində aparılıb.
Tədbirə Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri, ərazi
nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşları, şəhid ailələrinin üzvləri,
müharibə əlilləri və iştirakçıları, eləcə də rayon ictimaiyyətinin təmsilçiləri
qatılıblar.
Aksiya çərçivəsində yol boyunca ağaclar əkilib, yeni tinglər
suvarılıb.
Rəylər
0 Rəy