Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-10-2026 , 01:02

76

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Komitə sədri: Azərbaycan bələdiyyələrində qadınların təmsilçiliyi 39,3 %-ə qədər artıb


Azərbaycan bələdiyyələrində qadınların təmsilçiliyi 2004-cü ildəki 4 %-dən 2025-ci ildə 39,3 %-ə, Milli Məclisdə isə 11,2 %-dən 20,8 %-ə qədər artıb.

"Report" xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.

Onun sözlərinə görə, əldə olunan irəliləyiş ölkədə qadınların siyasi və ictimai iştirakçılığının genişləndirilməsi üzrə görülən işlərin nəticələrini əks etdirir.

B.Muradova, həmçinin qadınların iqtisadi imkanlarının genişləndirilməsinin, sahibkarlığın və mentorluğun inkişafının, rəqəmsal inklüzivliyin artırılmasının və qızların keyfiyyətli təhsilə əlçatanlığının təmin edilməsinin vacibliyini qeyd edib.

Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və Böyük Qayıdış proqramının həyata keçirilməsi barədə danışan komitə sədri qeyd edib ki, qadınlar və qızlar yeni icmaların inkişafında mühüm rol oynaya bilərlər.

"Qadınların məşğulluğunun artırılması, onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və rəqəmsal bacarıqların inkişaf etdirilməsi azad edilmiş ərazilərə qayıdan ailələrin iqtisadi və ictimai fəallığının artmasına töhfə verəcək", - o qeyd edib.

B.Muradova, həmçinin Azərbaycanın öz təcrübəsini, o cümlədən münaqişələrdən zərər çəkmiş ərazilərin bərpası, qadınlar və qızlar üçün imkanların genişləndirilməsi məsələlərində digər ölkələrlə bölüşməyə hazır olduğunu bildirib.

O vurğulayıb ki, forumun əsas nəticələrindən biri ümumi çağırışların beynəlxalq əməkdaşlığın konkret istiqamətlərinə çevrilməsi olmalıdır.

https://report.az/xarici-siyaset/dovlet-komitesinin-sedri-azerbaycan-belediyyelerinde-qadinlarin-temsilciliyi-39-3-e-qeder-artib

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
990

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
1000

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
935