Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-10-2026 , 00:57

72

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin həcmi növbəti ildə də dəyişməz qaldı


 2027-ci ildə də Azərbaycanda dövlət büdcəsi xərclərinin 9,05 milyon manatı və yaxud cüzi hissəsi bələdiyyələrə ayırmaların payına düşəcək.

Belediyye.info "Report"a istinadən xəbər verir ki,  bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib. 2027 ci ildə yerli özünü idarəetmə orqanlarına dotasiya kimi 7,5 milyon manat, subvensiya kimi isə 1,55 milyon manat yönəldilməsi nəzərdə tutulub.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Əlavə edək ki, artıq bir neçə ildir ki, bələdiyyələrə  dövlət büdcəsindən eyni həcmdə vəsait ayrılır. Ancaq son iki ildə bələdiyyələrə subvensiya layihələri üçün nəzərdə tutulan vəsaitin ayrılması həyata keçirilməyib.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
990

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
1000

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
935