Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-08-2026 , 09:02

135

Son xəbərlər

Bütün xəbərlər

Keçmişdən gələcəyə - toplaşaq muzeylərə!

Elmi-Praktik Məsələlər
07-08-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycanın bələdiyyə rəsmiləri  Ankarada festivalda iştirak ediblər

Avqustun 7-də Türkiyənin Ankara şəhərində keçirilən 3-cü Beynəlxalq Keçiören Türk Dünyası Festivalında ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, Tovuz bələdiyyəsinin sədri Kamil Abdullayev, Yevlax bələdiyyəsinin sədri İsmayıl Hüseynli, Sumqayıt bələdiyyəsinin sədrinin müavini Orxan Adıgözəlzadə, Binəqədi bələdiyyəsinin sədrinin müavini Qüdrəddin Verdixanov və AŞBMA-nın baş məsləhətçisi Rövşən Məmmədov təmsil ediblər.

Belediyye.info  xəbər verir ki, Keçiören bələdiyyəsinin sədri Mesut Özarslanın dəvəti əsasında Azərbaycan nümayəndə heyəti avqustun 7-də Keçiören bələdiyyəsini ziyarət edib. Görüş zamanı qardaş bələdiyyələr arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 Daha sonra nümayəndə heyəti Keçiören bələdiyyəsi ilə TÜRKSOY-un qardaş şəhərlər formatında təşkil etdiyi festivalda iştirak edib. Festivalda Türkiyə və Türk dünyası ölkələrinin nümayəndələri, eləcə də bir sıra yüksəkvəzifəli şəxslər yer alıblar. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin Ankara üzrə millət vəkili, Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu, Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Taha Zahid Özdəmir, Kipr Türk Bələdiyyələr Birliyinin sədri Mahmut Özçınar və digər rəsmi şəxslər iştirak ediblər.

 Festival çərçivəsində çıxış edən AŞBMA-nın və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Türk dünyasının müxtəlif ölkələrindən tədbirə qatılmış nümayəndələri salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikrini iştirakçıların diqqətinə çatdırıb. O, Türk dövlətləri arasında mövcud olan qardaşlıq münasibətlərinin və əməkdaşlığın yerli özünüidarəetmə səviyyəsində də ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

 Festival proqramı çərçivəsində Azərbaycandan dəvət olunmuş mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı nümayiş etdirilib.

Azərbaycan nümayəndə heyəti avqustun 8-də Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyi – Anıtkabiri ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq ehtiramını bildirib.

 Səfər çərçivəsində nümayəndə heyəti Ankara şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, dahi şəxsiyyətin büstü önünə gül qoyaraq xatirəsini ehtiramla yad edib.




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
859