Səkkiz bələdiyyənin yarim milyon manat borcu var
Gədəbəy rayonunda formaşalan 10 bələdiyyədən, Gədəbəy və
Slavyanka bələdiyyələri istisna olmaqla, 8 bələdiyyənin DSMF-yə 527.600 manat
borcu var. Əlavə edim ki, uzun illərdir Gədəbəy və Slavyanka bələdiyyələrinin qurulan
sistemli fəaliyyəti sayəsində hər hansı quruma borcu yoxdur.
Bəs bu gün Gədəbəy bələdiyyələri bu qədər yığılmış borcun
neçə ilə ödəyə biləcəklər. Bilən varmı? Nəzərə alaq ki, ötən il 10 bələdiyyənin
əldə etdiyi vəsaitin həcmi 327.800 manat olub. Və 2024-cü illə müqayisədə cəmi
13.4 faiz büdcə gəlirlərini artıra biliblər. Onu əlavə edək ki, əldə edilən vəsaitin
76 min manatı dotasiyadan daxil olub. Dotasiyanın həcmi 20 faiz artsa da, bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən və icarəsindən daxil olan vəsaitin həcmi
bir o qədərdə azalıb.
Bu arada sual etmək istərdim- əvvəlki illərdə yığılıb qalmış
DSMF borcunun azalması üçün son seçkilərdən sonra formalaşan bələdiyyələrin sədrləri
hansı addımı atıblar, hara müraciət göndəriblər? Niyə hansısa təkliflə çıxış
etməyiblər. Niyə problemi ictimailəşdirməyiblər.
Məhz bu susqunluğun nəticəsidir ki, borcun həcmi yarım
milyon manatı keçib.
DSMF borcu olan bələdiyyələrin sədrləri, Gədəbəy RİH rəsmiləri
və digər qurumlar bu barədə nə düşünür, maraqlıdır.
Eyni vəziyyət Yardımlı bələdiyyələrindədir.
Bu borcun bağlanılması üçün bələdiyyələr üçün "strateji
yol xəritəsi"nin hazırlanmasının vaxtı çatmayıbmı? Bu borcdur, cənablar. Və
bütün hallarda bağlanılmalıdır. Çünki gələcəkdə vətəndaşa təqaüd şəklində veriləcək
vəsaitdir. Bəlkə bir yol axtaraq. Bəlkə
bir azda olsa fikirləşək. Günü-gündən artan borcun, üstəlik faizlərin qarşısı nə
vaxt alınacaqdır. Biabırçılıqdı. Sadəcə.
Hərəkətə keçməyin vaxtı çatmayıbmı?
Düşünməyə dəyər….
Beeldiyye.info
Rəylər
0 Rəy