Təmraz Tağıyev: “”Bələdiyyə günü””nün təsis edilməsi fəaliyyətimizə əlavə stimul ola bilər”
“Bu gün hər bir bələdiyyə fəaliyyətində Adminstrasiyasının Bələdiyyələrlə iş sektorunun, Ədliyyə Nazirliyinin müvafiq qurumlarının dəstəyini hiss edir. Qanunvericilik bazasının ardıcıl təkmilləşdirilməsində isə Milli Məclisin Regional məsələlər Komitəsinin danılmaz xidməti vardır. Bu qurumlar bələdiyyə sahəsində idarəetmənin səmərəliliyinin artırılmasına, bələdiyyələrin institusional potensialının güclənməsinə və fəaliyyət istiqamətlərinin genişlənməsinə mühüm töhfə verməkdədirlər. Bu gün bələdiyyələrin fəaliyyəti ilə bağlı qəbul edilmiş çoxsaylı qanunlar, əsasnamələr və normativ hüquqi aktlar dövlətin yerli özünüidarəetməyə göstərdiyi sistemli qayğının bariz ifadəsidir”- bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Milli Məclisin Regional Məsələlər Komitəsinin bu gün keçirilən iclasında deyib.
Assosiasiya
sədrinin sözlərinə görə, 2025-ci ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin
səmərəliliyinin artırılması, onların fəaliyyətinin təşkilinə metodoloji dəstəyin
gücləndirilməsi Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin və
regional idarələrin diqqət mərkəzində olmuşdur. Bu qurumların bələdiyyələrə
olan münasibəti son iki il ərzində bir xeyli müsbət istiqamətdə dəyişmişdir. Göründüyü
kimi, hesabatda daha çox pozitiv məqamlar da yer alıb. Bütün bunlarla yanaşı bələdiyyələrin
büdcə gəlirlərinin artması, bununlada formalaşdığı
ərazilərdə vətəndaş məmnunluğunun təmin edilməsi hər bir bələdiyyədən büdcə gəlirlərinin
artırılmasını tələb edir. Lakin hər bir rayonda, o cümlədən Nərimanov rayonun sənədsiz
əmlakların mövcudluğu nəticə etibarilə bələdiyyənin büdcə gəlirlərinin artımına
neqativ təsir göstərməkdədir. Sənədsiz əmlakların sənədləşdirilməsi ilə bağlı
addımların atılması nəticədə bələdiyyələrin büdcə gəlirlərinin artmasına səbəb
ola bilər.
Bununla
yanaşı 26 illik fəaliyyəti dövründə “Bələdiyyə günü” təsis edilməsi bələdiyyələrin
fəaliyyətinə əlavə stimul ola bilər. Bu gün hər bir peşə sahibi ilə bağlı peşə
bayramının təsis edildiyini nəzərə alsaq, odur ki, bu məsələnin diqqətdə
saxlanılmasına ehtiyac vardır.
Belediyye.info
Rəylər
0 Rəy