Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-11-2025 , 22:55

896

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib


Şəhər bələdiyyələrinin büdcə daxilolmaları əvvəlki illərlə müqayisədə 30 faizədək artıb

Noyabrın 14-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, respublikanın bütün şəhər bələdiyyələrini təmsil edən 74 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, eləcə də təşkilati məsələlər müzakirə olunub.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət bütün sahələr üzrə ölkəmizin davamlı inkişafını təmin etdiyi kimi, bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına zəmin yaradıb, vətəndaşların yerli özünüidarəetmədə fəallığı artıb. Hesabat ilində Azərbaycan Prezidenti Administrasiyasının müvafiq şöbəsinin dəstəyi, habelə Milli Məclisin Regional məsələlər komitəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və digər əlaqədar qurumlarla birgə bələdiyyələrin daha səmərəli fəaliyyəti ilə bağlı sistemli tədbirlər həyata keçirilib, bu sahədə qabaqcıl təcrübənin yayılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilib, yerli özünüidarəetmənin qanunvericilik bazası təkmilləşdirilib.

Bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi davam etdirilib, "Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi"nin fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilib, həyata keçirilmiş inteqrasiya və vergi-uçot sistemində aparılan optimallaşdırılma işləri nəticəsində şəhər bələdiyyələrinin büdcə daxilolmaları əvvəlki illərlə müqayisədə 30 faizədək artıb.

Bələdiyyələr aztəminatlı ailələrin, qocaların, əlillərin və valideyn himayəsindən məhrum uşaqların, müharibə iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində bir sıra layihələr həyata keçirib, yerli əhəmiyyətli problemlərin həlli istiqamətində əməli addımlar atıblar.

Hesabat dövründə yerli özünüidarəetmənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həlli sahəsində onların fəaliyyətinin genişləndirilməsi məqsədilə qəbul edilmiş qanunvericilik aktlarına əsasən bələdiyyələrin birləşdirilməsi həyata keçirilib. Cari ilin yanvar ayında baş tutmuş seçkilər nəticəsində ölkə üzrə 685 bələdiyyə yenidən formalaşıb ki, bunlardan da 74-ü şəhər bələdiyyəsidir.

Yığıncaqda əvvəlcə Assosiasiyanın İdarə Heyətinin 15 üzvü seçilib. Daha sonra İdarə Heyətinin üzvləri arasından Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Şəhər bələdiyyələrinin sədrlərinin iştirakı ilə keçirilən səsvermədə Təmraz Tağıyev yenidən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.

 

Sonra seçilmiş sədrin təklifi əsasında Assosiasiyanın 3 müavini müəyyən olunub. Həmçinin 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyasının üzvləri də səsverməyə çıxarılaraq seçilib.

Qeyd edilib ki, ötən dövrdə Milli Assosiasiya beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin bələdiyyələri və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrini davam etdirib.

Ümumi yığıncağın sonunda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib, bələdiyyələrin fəaliyyətinin müasir çağırışlar və ölkəmizin yeni strateji inkişaf mərhələsinin tələbələri ilə uzlaşdırılması məqsədilə onların maliyyə, kadr və texniki bazasının daha da yaxşılaşdırılması əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli Fərmanı ilə “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nin bələdiyyələrin vahid informasiya sistemi qismində və dövlət informasiya sistemi statusunda fəaliyyətinin təşkili, Milli Assosiasiyalara verilən tövsiyələr, Sistemin Əsasnaməsinin ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələr tərəfindən birgə təsdiq edilməsi və sistemə ötürüləcək və sistemdən əldə ediləcək məlumatların dairəsinin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi dövlətimizin Milli Assosiasiyalara göstərdiyi yüksək etimadın və diqqətin göstəricisi kimi qiymətləndirilib.

Ümumi yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin və Ədliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının rəhbərləri iştirak ediblər.



 

Rəylər

1 Rəy

Əfrail Səfərov

15-11-2025, 2 ay əvvəl

Yalansa da doğru olsun. Xəritə üzərində torpaq sürüşdürməsini dayandırın.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
159

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
169

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
146

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
352

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
192

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
358

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
558

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
353

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
654