Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-10-2025 , 20:54

1599

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

 Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.

Sentyabr ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Bələdiyyələrlə iş baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi, Tibb baş idarəsi, İcra xidməti və Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəhbərliyi tərəfindən Şəki, Şirvan, İmişli, Xaçmaz, Göyçay, Lənkəran, Bərdə, Şəmkir və Gəncə regional ədliyyə idarələri ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.

Videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 59 vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, həmçinin vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

Ədliyyə  Nazirliyi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
418

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
588

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
637