Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-03-2026 , 14:35

137

Son xəbərlər

Bütün xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü


31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımıza qarşı XX əsrin əvvəllərində törədilmiş kütləvi qırğınların və etnik təmizləmə siyasətinin xatirəsinə həsr olunmuş anım günüdür. Bu tarix milli yaddaşımızda dərin iz qoymuş faciələrin ümumiləşdirilmiş ifadəsidir.

 XIX əsrin əvvəllərindən etibarən Qarabağ və Zəngəzur bölgələrinə erməni əhalisinin köçürülməsi nəticəsində regionda demoqrafik tarazlıq dəyişdirilmiş, sonrakı dövrlərdə azərbaycanlılara qarşı zorakılıqların əsası qoyulmuşdur. 1905 və 1918-ci illərdə baş verən hadisələr zamanı minlərlə dinc sakin qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmışdır.

 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, həmçinin 1948–1953-cü illərdə azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiyası bu siyasətin davamı olmuşdur.

 Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, bu hadisələr xalqımıza qarşı yönəlmiş təcavüzün qanlı səhifələridir.

 Tarixi araşdırmalar və müxtəlif mənbələr, o cümlədən bəzi erməni müəlliflərinin xatirələri və yazıları da həmin dövrdə baş verən zorakılıq faktlarını təsdiqləyən məlumatlar təqdim edir. Bu mənbələr hadisələrin miqyasını və faciəvi nəticələrini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

 Bu tarix gələcək nəsillər üçün mühüm tarixi dərs kimi qiymətləndirilir. Bu günün əsas məqsədi tarixi həqiqətlərin qorunması, beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. 31 Mart faciəsi qurbanlarının xatirəsi daim ehtiramla yad edilir.

Yaşar Abdullyev

Gəncə şəhəri, Kəpəz bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz