Qoşqar Məmmədov: “Bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəmizi verməyə çalışırıq”
“Gəncə şəhəri, Nizami bələdiyyəsi olaraq əsas diqqəti büdcə gəlirlərinin artımına yönəltmişik. Bunun üçün bir tərəfdən vergi uşot sistemindəki boşluqların aradan qaldırılamasını həyata keçirir, digər tərəfdən debitor borcların yığılması üçün danışıqlar aparırıq” – bu fikirləri adıçəkilən bələdiyyənin sədri Qoşqar Məmmədov deyib.
Sədrin
sözlərinə görə, son dörd ilin yanvar ayındakı maliyyə rəqəmlərini təhlil etsək
vergi xidmətini fəaliyyətini açıq aydın
görə bilərik. Rəqəmlərə müraciət edən sədr bildirib ki, 2023-cü
ildə yanvarında 20.811
manat, 2024-cü ilin yanvarında 33.542 manat, 2025 ci ilin yanvarında 18845
manat yerli vergi toplanılmıdısa cari ilin yanvarında artıq bu rəqəm 61641
manata bərabər olmuşdur.
Göründüyü
kimi, 2023-cü illə müqayisədə yanvar ayı üzrə yerli vergilərin həcmini 3 dəfəyədək artırmağa
nail olmuşuq. Bu uğurda həm kollektivin,
həm Gəncə ŞİH-in, həm də yerli
ədliyyə qurumlarının da öz dəstəyi var.
Fəaliyyətimizi bu istiqamətdə qurmaqla bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəmizi verməyə çalışacağıq.
Rəylər
0 Rəy