Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-01-2026 , 22:28

492

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Cari ildə fəaliyyətimizi daim yenilənən innovasiyalara əsaslanaraq davam etdirəcəyik: BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR 


Özünüidarəetməni həyata keçirən Gəncə şəhər Nizami bələdiyyəsi iş fəaliyyətini Azərbaycan Respublikası “Bələdiyyələrin statusu  haqqında” Qanuna və digər normativ-hüquqi aktlara əsasən quraraq,seçicilərin istək və təkliflərinə,bələdiyyə iclaslarında  qəbul edilmiş qərarlara və  yerli proqramlara müvafiq müəyyənləşdirərək həyata keçirməkdədir.

Eyni zamanda Nizami bələdiyyəsi bütün illərdə olduğu kimi, 2025-ci  ilin 12 ayı ərzində də Gəncə şəhər İcra  Hakimiyyətinin təşəbbüsü ilə aparılan geniş yenidənqurma,abadlıq-quruculuq tədbirlərinin aparılması və eləcədə insanların həyatı ehtiyaclarının  ödənilməsini qarşıda duran prioritet vəzifələrdən biri kimi götürərək öz iş fəaliyyətində həyata keçirir

Belə ki,2025-ci ilin 12 ayı ərzində Nizami bələdiyyəsinə vətəndaşlar tərəfindən 429 müraciət,idarə-müəssisə və təşkilatlar tərəfindən isə 204 sənəd daxil olmuşdur.Nizami bələdiyyəsi tərəfindən isə cari ilin 12 ayı ərzində 1229 məktub hazırlanaraq aidiyyatı üzrə göndərilmişdir.

Daxil olmuş müraciətlərin 104 ədədi maddi yardım,153 ədədi torpaqların mülkiyyətə verilməsilə bağlı sənədləşmə işinə başlanılmas,121 ədəd qəzalı vəziyyətdə olan ağacların kəsilməsi və ya budanması,30 ədəd müraciət hərbi xidmətdə olan hərbiçilərin ailə vəziyyətləri nəzərə alınmaqla qısa müddətli məzuniyyətə buraxılması,21 ədədi isə digər məsəllərlə bağlı olmuşdur.

Gəncə şəhər Nizami bələdiyyəsinə daxil olan müraciətlər aidiyyatı üzrə bələdiyyənin müvafiq şöbələrində və komissiyalarında diqqətlə araşdırılaraq  bələdiyyə iclaslarına çıxarılır,orada müzakirə edildikdən sonra qüvvədə olan qanunlara əsasən müvafiq qərarlar qəbul edilir.

2025-ci il ərzində Nizami bələdiyyəsi tərəfindən  22 iclas keçirilmiş, gündəliyə komissiyaların təqdim etdiyi arayış və təkliflər ilə 558 məsələ çıxarılmış və müvafiq qərarlar qəbul  edilmişdir.

Müzakirəyə çıxaralan məsələlərdən  12  iş mülkiyyətə torpaq sahəsinin ayrılması, 387 iş torpaq üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması, 5 iş torpaq sahəsinin hərrac yolu ilə satılmasından ötrü Gəncə Torpaq müsabiqə və hərrac Komissiyası ilə müqavilə bağlanması, 31 iş vaxtı keçmiş vergi borclarının vətandaşlardan tutularaq Bələdiyyənin büdcəsinə ödənilməsi, 103 iş aztəminatlı ailələrə maddi yardımların verilməsi, 7 iş mədəni-kütləvi  tədbirlərin keçirilməsinə  və bələdiyyənin  ərazi vahidinə daxil olan yerlərdə aparılması vacib olan təmir-abadlıq işlərinə maliyyə dəstəyi verməklə,13 təşkilatı məsələləyə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.

2025-ci il ərzində Nizami bələdiyyəsinin büdcəsinə  daxil olmuş və xərclənmiş vəsaitin hesabatı bələdiyyə üzvlərinə və ictimayyət  nümayəndələrinə  təqdim olunur

 2025-ci ilin yanvar ayının 1-nə olan qalıq 6949,76           

Gəlirlər məbləğ (AZN)

Fiziki şəxslərdən əmlak vergisi   207962

Fiziki şəxslərdən torpaq vergisi  30874

Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş    7152

Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş          13.490

Dövlət büdcəsindən verilən dotasiya      120.000

Torpağın satışından daxil olan gəlirlər     155.193

Bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlirlər        290

Cəmi:    534.963

№Xərclər            Məbləğ (AZN)

1İşçilərə əmək haqqı      253705

2Dövlət Sosial Müdafiə Fonduna ödəniş               114981

3Xəstəlik vərəqəsi           1430

4Azərbaycan Bələdiyyələri Həmkarlar təşkilatına üzvlük haqqı    350

5Dəftərxana ləvazimatı, blank qəbzlərin alınmasını və sair təsərrüfat məqsədləri üçün çəkilən xərclər     5147

6İşçilərin icbari sığortası               491,55

7Ezamiyyə xərcləri          2402,10

8Rabitə xidmətləri haqqının ödənilməsi 1822,10

9Elektrik enerjisi haqqının ödənilməsi    2585,86

10Binalar üzrə icarə haqqının ödənilməsi             287,16

11Məişət tullantılarının daşınmasının haqqının ödənilməsi         

12Yanacaq və sürtkü materiallarının alınması xərcləri     6150,00

13Xidməti avtomaşınların təmiri xərcləri              4256,00

14Avtomaşınlara texniki baxış və sığorta haqqı  295,30

15İnventar və avadanlığın alınması və təmiri xərclərinin ödənilməsi        6310,00

16YAP   1416,00

17İstehsalat avadanlığının və uzun müddət istifadə olunan əşyaların alınması və təmiri 

18Bank xidmətləri haqqı              1910,83

19Audit xidməti xərci     5300,00

20Poçta 3%        12948,91

21Sair cari xərclər           809,56

22Qeyri-istehsalat avadanlığının alınması            

23Sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi

24Mənzil fondunun təmiri          

25İnzibati və idarəetmə obyektlərinin tikintisi və təmiri

26Abadlıq-təmizlik və tikinti-təmir işlərinin görülməsi xərcləri    34975,00

27Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı və cari təmiri xərcləri       

28Notarus rüsumu          6773,40

29Torpağın alınması      

30DƏDRX            8402,60

31Maddi yardımlar və müavinatlar          41172,00

32Dəfn və mərasim xidmətlərinin təşkili üçün çəkilən xərclər      5750,00

33Sosial-mədəni, idman-sağlamlıq və xeyriyyə tədbirlərinin keçirilməsi  14400,00

34Abunə xərcləri             1811,20

35Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasına üzvlük haqqı       3600,00

 Cəmi:   539484,32

Bundan başqa Gəncə şəhər Nizami bələdiyyəsinin nümayəndələri bir sıra Respublika və Beynalxalq tədbirlərdə iştrak etmişdir. Belə ki, Türkiyə Respublikasının İstambul şəhərində keçirilən”Türk Dünyası Bələdiyyələr Birliyi”nin 7-ci ümumi yığıncağında bələdiyyə sədri Qoşqar Əjdər oğlu Məmmədov, Bakı şəhərində keçirilən”Cəmiyyətdə qadınların rolunun artırılmasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”üzrə təlimdə isə bələdiyyə  sədrinin müavini İlham İsgəndər oğlu İsgəndərov iştrak etmidir.

Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin sarsılmaz qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbənin 5 illiyi, Ulu öndər Heydər Əliyevin anım günü, Şəhidlərimizin ildönümü və 20 Yanvar anım günü tədbirləri Nizami bələdiyyəsi tərəfindən qeyd edilmişdir.

2025-ci ilin “Konstitusiya və Suverenlik  ili” elan olunması ilə əlaqədar olaraq Heydər Əliyev parkında  200 ədəd  Şam və Çinar ağacları əkilmişdir. Həmçinin Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni təqvim ilinin gəlişi münasibəti ilə Nizami bələdiyyəsi Şəhid və Qazi övladları üçün bayram şənliyi təşkil edərək, tərəfimizdən hazırlanmış hədiyyələri yeni ilin rəmzi olan Şaxta baba vəsitəsi ilə uşaqlara paylanmışdır.

Nizami bələdiyyəsi il ərzində öz ərazisi daxilində Şəhidlər Xiyabanında,”Səbzikar“ qəbristanlığında təmir-bərpa işləri və tamet-döşəmə işləri aparmışdır. Eyni zamanda Gəncə şəhərində aparılan çoxsahəli abadlıq-quruculuq işlərində bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları da  fəal iştrak etmişdir.2025-ci ilə yekun vuraraq onu da qeyd etmək istəyirəm ki, Nizami bəldiyyəsi bundan sonra da bu kimi işləri davam etdirməklə yanaşı öz işini Möhtərəm cənab Prezident İlham Əliyevin Sərəncam və və Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində quracaq, şəhərimizdə aparılan quruculuq,mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində Siz seçicilərin köməyi ilə fəal iştrak etməklə, 2026-cı idə də öz fəaliyyətini daim yenilənən innovasiyalar əsasında quraraq davam etdirəcəkdir.

Qoşqar Məmmədov

Gəncə şəhəri, Nizami bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz