Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-01-2025 , 16:08

229

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu rayon bələdiyyələrinin üzvlüyünə namizədlərin seçicilərlə görüşü baş tutub

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabunçu rayonu, Maştağa və Nardaran bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşlərdə YAP Sabunçu rayon təşkilatı sədrinin müavini Zülfüqar Cəfərov yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib. O, çıxışında ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri barədə seçicilərə ətraflı məlumat verib.

Görüşlərdə çıxış edən seçki qərargahının üzvləri Namiq Nəbiyev, Natiq Musayev, bələdiyyəsi üzvlüyünə namizədlər Əlihüseyn Ağayev, Pərvanə Nəsirova, Ağa Nəcəf Qədirov, Mikayıl Məmmədov seçiciləri bələdiyyə seçkilərində fəal olmağa, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər Tofiq Həsənov, Nuri Hacıağa, Xəlfəli Ağayev, Elməddin Şükürov və başqaları YAP-ın hər zaman xalqın etimadını doğrultduğunu bildiriblər.

Qeyd edək ki,  Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsi üzrə namizəd Zeynəb Qasımova, Maştağa bələdiyyəsi üzrə namizəd Ülkər Nəsibova, Sabunçu bələdiyyəsi üzrə namizəd Çingiz Vəlizadə, Zabrat bələdiyyəsi üzrə namizəd Nigar Temrazova seçicilərlə fərdi və məhəllə görüşləri keçiriblər. Həmçinin, Bakıxanov bələdiyyəsi üzrə namizədlər Ruhin Orucov, Günay Abdullayeva, Vüsal Əzizzadə, İnsaf Qəmbərov, Nardaran bələdiyyəsi üzrə namizəd Pərvanə Nəsirova Vətən müharibəsi şəhidləri Əkbər Hüseynov və Xaliq Hüseynovun ailələrini ziyarət ediblər.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər