Birləşdirməyə düşən Bibiheybət bələdiyyəsinin 2024-cü il üzrə görülmüş işlərin hesabatı
Birləşdirməyə düşən Bibiheybət bələdiyyəsinin 2024-cü il üzrə görülmüş işlərin hesabatını təqdim edirik:
Bibiheybət
bələdiyyəsinin 2024-cü il üzrə fəaliyyətində əsaslı irəliləyişlər olmuşdur.Belə
ki, 2024-cü ildə bələdiyyənin ümumi gəliri 31878 manat, xərci isə 32133 manat
olmuşdur.Büdcə gəlirinin əsas mənbəyi olan əmlak vergisi 10301 manat, torpaq
vergisi 2066 manat, mehmanxana və sanatoriya ödənişləri 8571 manat, avtomobillərin
dayanacaqları üçün ödənişlər 1440 manat, bələdiyyə mülkiyyətinin icarəsinə görə
ödənişlər 4500 manat və dövlət büdcəsindən bələdiyyə üçün ayrılan dotasiya 5000 manat bələdiyyənin illik büdcəsini təşkil
etmişdir.Büdcə gəlirlərinə əsasən 2024-cü ili məhsuldar il hesab etmək olar.
Maddi yardımlar,
mədəni kütləvi tədbirlər, təmir abadlıq, qəbirstanlığın saxlanılması, əmək
haqqı ödənişləri və digər idarəetmə xərcləri bələdiyyənin ümumi xərclərini təşkil
edir.Belə ki, il ərzində idarəetmə orqanının saxlanılması xərcləri 21281 manat,
yerli sosial müdafiə və təminat, sosial inkişaf proqramlarının maliyyələşdirilməsi
üçün xərclər 10852 manat olunmuşdur.
2024-cü il ərzində
Səbail rayonunun digər icra strukturları ilə yanaşı Bibiheybət bələdiyyəsinin də
əsas fəaliyyəti şəhid, qazi, müharibə iştirakçıları onların ailələrinin diqqət
mərkəzində saxlanılması, onların sosial problemləri, eləcə də digər qayğıları
ilə daim maraqlanmaq olmuşdur.Belə ki, həssas təbəqə ailələri daim diqqət mərkəzində
saxlanılmış, mütəmadi ziyarət olunmuş, onlara maddi yardımlar verilmiş və
problemlərinin həlli istiqamətində bir sıra işlər görülmüşdür.
Bibiheybət
qəsəbəsinin sakinlərinin müraciətinə əsasən müraciətdə qeyd olunan ünvanlarda tərəfimizdən
təmir-abadlıq və bərpa işləri aparılmışdır.
Bibiheybət
bələdiyyəsi tərəfindən Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı və Yeni
il bayramları münasibəti ilə qəsəbənin aztəminatlı, təkvalideynli, çoxuşaqlı,
anadangəlmə qüsurlu, əlil və şikəstliyi olan ailələrə ərzaq yardımları və ət
payları təqdim olunmuşdur.
Sosial məsələrlə
bağlı daimi komissiya daxil olmuş müxtəlif səbəbli maddi yardımla əlaqəli
müraciət edən qəsəbə sakinlərinə iclas qərarına
əsasən maddi yardımlar verilmişdir.
1 iyun
Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 26 İyun Silahlı Qüvvələr Günü, 8 Noyabr Zəfər
Günü münasibəti ilə mədəni kütləvi tədbirlər keçirilmiş, eyni zamanda rayonun təşkil
etdiyi bütün tədbirlərində yaxından iştirak edilmişdir.
Dövlət
başçısının Sərəncamı ilə 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan həsr
olunması ilə əlaqədar Səbail rayonunda keçirilən silsilə ağacəkmə aksiyasına
Bibiheybət bələdiyyəsi də qoşulmuşdur.Belə ki, Bibiheybət qəsəbəsində fəaliyyət
göstərən 50 nömrəli məktəbin həyətində və qəsəbədə yaşıllıqlara ehtiyac olan
sahələrdə bələdiyyə tərəfindən ağaclar əkilərək bir sıra ekoloji tədbirlər həyata
keçirilmişdir.
Ötən il ərzində
sakinlər tərəfindən ağacların götürülməsi və budanması ilə bağlı müraciətlər tərəfimizdən
aidiyyatı üzrə yönləndirilmiş və lazimi tədbirlər görülmüşdür.
2024-cü
ilin əvvəllərindən etibarən qəsəbənin digər icra strukturları ilə birlikdə
sakinlərin səyyar görüşləri keçirilmiş, görüşlərdə sakinlərin şikayətlərinə
yerində baxılmış, olunan müraciətlər aidiyyatı üzrə yönləndirilmiş və problemlərin
həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Hər il
olduğu kimi məktəb öncəsi aztminatlı ailələrin övladlarına məktəb forması və ləvazimatları
alınaraq təqdim olunmuşdur.
23.04.2024-cü il tarixində Səbail rayon İcra
Hakimiyyətinin başçısının əmri ilə Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova
“Fəxri Fərmanla” təltif olunmuşdur.Bundan əlavə Azərbaycan Bələdiyyə İşçiləri Həmkərlar
İttifaqı Səbail rayon Təşkilatı tərəfindən
Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova bələdiyyənin işində səmərəli
fəaliyyəti, sakinlərə göstərdiyi diqqət və qayğıya görə bələdiyyə döş nişanı ilə
təltif olunmuşdur.
Ədliyyə
Akademiyası tərəfindən bələdiyyə sədrləri
və müavinləri üçün təşkil olunan seminarda Bibiheybət bələdiyyəsinin sədri
Validə Həsənova da iştirak etmişdir.
Sosial məsələlər
üzrə daimi komissiya və Gender komissiyasının sədri Nərgiz Abdurəhmanova il ərzində
Gender bərabərliyi ,məişət zorakılığı və s. mövzularda təşkil olunmuş bütün tədbirlərdə
iştirak edərək Bibiheybət bələdiyyəsini təmsil etmişdir.
Qanunvericiliyin yeni dəyişikliklərinə əsasən ölkə üzrə sonuncu bələdiyyə seçkilərini n keçirildiyi ildən sonrakı 4 ilin 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrə birləşməsi məsələsinə əsasən Bibiheybət bələdiyyəsi Səbail bələdiyyəsi ilə qarışıqlı razılığa gələrək bələdiyyə üzvlərinin iclasında alınan birləşmə qərarının baxılması üçün Milli Məclisə müraciət etmiş və birləşməsi nəzərdə tutulmuşdur.
Validə Həsənova
Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri
Rəylər
0 Rəy