Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-08-2025 , 21:18

1327

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirildi

12 avqust 2006 - cı il tarixində "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi" haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust Azərbaycanda "Xəzər günü" kimi qeyd olunur.

Elə bu məqsədlə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumların, müəssisə və təşkilatların iştirakı ilə Sumqayıt şəhərinin dəniz sahillərində təmizlik, iməcilik işləri aparılıb. Ərazi məişət tullantılarından təmizlənərək, mədəni istirahət üçün əlverişli vəziyyətə gətirilib.

Əhaliyə dəniz kənarında istirahət edərkən tullantıları sahilə atmamaları, ərazinin təmizliyinə həssas yanaşmaları tövsiyə olunub.

Sumqayıt bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər