Mürsəl Eminov: "Vətəndaş müraciətləri əsasında rayon ərazisində il ərzində 100-dən artıq layihə icra olunub"
"Bələdiyyə iclasında əsasən sakinlərin qaldırdığı məsələlər müzakirə edilərək qərarlar qəbul olunur"-bu fikriləri Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov bildirib.
Sədrin sözlərinə görə, bu gün rayon ərazisində sakinlərin bələdiyyəyə olan inamı yüksəkdir. Bunu rəqəmlərdə göstərir. Belə ki, pandomiyanın ən gərgin vaxtında, yəni 2020-ci il üzrə bələdiyyəyə vətəndaşlar tərəfindən 407 müraciət daxil olub ki, onunda 391-i müsbət həll olunub. 2021-ci il üzrə bələdiyyəyə vətəndaşlar tərəfindən daxil olan 571 müraciətdən 558-i müsbət həll olunub. 2022-ci il üzrə daxil olan 368 müraciətdən 364-ü müsbət həll olunub. 2023-cü il üzrə 345 müraciətin hamısı müsbət həll olunub.
Mürsəl Eminov daha sonra qeyd edib ki, məhz vətəndaş müraciətləri əsasında rayon ərazisində bələdiyyə tərəfindən il ərzində 100-dən artıq irili-xırdalı layihə icra olunub və ilin sonunadək bu proses davam edəcək. Ancaq nəzərə alaq ki, sakinlərin üzləşdiyi problemlər maliyyə vəsaiti tələb edir.
Bunun üçün də bələdiyyənin vergi xidməti ciddi şəkildə çalışır. Məhz bu fəaliyyətin nəticəsidir ki, 2020-ci illə müqayisədə 2023-cü ildə əmlak vergisinin həcmi 2 dəfədyədək artıb. Belə ki, 2020-ci ildə 258 min manat əldə edildiyi halda bu rəqəm ötən il 522 min manat təşkil edib.
Belediyye.info
Rəylər
0 Rəy