Elşad Vəliyev: “Ölkəmizin ərazi bütovlüyü uğrunda canından keçən oğulların xatirəsi Xətai rayonunda daim əziz tutulur”
“Xətai RİH təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə rayon ərazisində növbəti layihəyə yekun vurub”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.
Sədrin sözlərinə görə, Neapol küşəsi 16 ünvanındakı yaşıllıq zolağında 2023-cü ildə Qarabağda keçirilmiş antiterror əməliyyatında şəhid olan Sahib Daşdəmirova həsr olunan xatirə kompleksinin açılışa tam hazırdır. Şəhidin yaşadığı binaya yaxın ərazidə abadıq işləri aparılmaqla, həm də ətrafda geniş yaşıllıq zolağı yaradılıb. Ərazidə təmizlik işləri aparılıb, kommunikasiya xəttləri yenilənib.
Elşad Vəliyev bildirib ki, ölkəmizin ərazi bütovlüyü uğrunda canından keçən oğulların xatirəsi, hər yerdə olduğu kimi, Xətai rayonunda da daim yad edilir, xatirələri ədəbiləşdirilərək əziz tutulur.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Sahib Daşdərimov ərazi bütovlüyümüzün bərpasıyla bağlı keçirilən əməliyyatlarda göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Sahib Daşdərimov II Şəhidlər Xiyabanda dəfn edilib.
Belediyye.info
Rəylər
0 Rəy