Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-08-2024 , 19:14

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal bələdiyyəsində ictimai dinləmə keçirilib

Bələdiyyələrin yaranmasının 25 illlik yubileyi ilə bağlı Yasamal bələdiyyəsinin  inzibati binasında   ictimai dinləmə keçirilmişdir.

İctimai dinləmədə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinin nümayəndəsi Ceyhun Əkbərli, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri  Vüqar Tofiqli, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, bələdiyyə üzvləri və qulluqçuları məhəllə komitələrinin sədrləri, rayon sakinləri iştirak edirdilər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsiylə başladi.

Tədbiri giriş sözü ilə açan Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov çıxış edərək bələdiyyənin  25 illik fəaliyyətinə qısa bir nəzər saldı.

Sədr Azərbaycan bələdiyyələrinin 25 illik inkişaf  yolundan, o cümlədən Yasamal bələdiyyəsi tərəfindən görülən işlər barədə  danışaraq, abadlıq quruculuq işlərində eləcə də sosial yönümlü məsələlərin həllində bələdiyyəyə hər zaman dəstək olan Yasamal RİH başçısı Elşad Həsənova minnətdarlığını bildirib. Sədr eyni zamanda bələdiyyələrin inkişafında verdikləri metodiki tövsiyələrə və göstərdikləri qayğıya görə Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinin rəhbərliyinə və əməkdaşlarına, habelə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasına öz təşəkkürünü bildirib.

Daha sonra Yasamal bələdiyyəsi tərəfindən görülən işlər  barədə hazırlanmış qısametrajlı videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən Yasamal RİH başçısının müavini Təravət Muradova bələdiyyələrin yaranmasının 25 illlik yubileyi ilə bağlı təbrik edərək, bələdiyyələrin fəaliyyətindən danışıb.  Xanım müavin həmçinin Yasamal bələdiyyəsi tərəfindən rayon ərazsində görülən işləri yüksək qiymətləndirib.

AŞBMA-nın icraçı katibi Əli Əkbərli, Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinin nümayəndəsi Ceyhun Əkbərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri  Vüqar Tofiqli yerliözünü idarətmə institutunun formalaşdırılmasından danışaraq, müasir idarəetmə modelində bələdiyyələrin özünəməxsus yerə malik olduğunu bildiriblər.

Şəhid ailələrindən Emuliya Rzayeva, Elçin İslamov, Sabir Salahov, qazilərdən Adil Mirzəyev, Məlik Xəlilov, Kamran Həsənov, “Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri” İctimai Birliyi Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev,“20 Yanvar”cəmiyyətinin sədri Maral Zamanova, məhəllə komitəsinin sədri Camal Əliyev Yasamal bələdiyyəsi tərəfindən görülən işləri yüksək qiymətləndirərək,göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Sonda İctimai dinləmədə iştirak edən rayon sakinlərinin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.