Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-09-2024 , 12:01

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mətləb Əliyev: “Qəsəbədə həyata keçirilən bir çox layihələrin icrasında şəhid və qazi ailələrinin təklifləri nəzərə alınır”


“Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə hər zaman yüksək diqqət və qayğı göstərir”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev qəsəbə qaziləri ilə keçirilən görüşdə deyib.  

Görüşdə Buzovna qəsəbə icra nümayəndəliyinin rəhbəri Emin Əliyev, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli, qazilər, bələdiyyə qulluqçuları iştirak ediblər.

Görüşdə çıxış edən Mətləb Əliyev  bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət tərəfindən şəhid və qazi ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər sosial-məişət qayğılarının həll istiqamətində mühüm addımlar atılır.

Sədr qeyd edib ki, dövlətimizin həyata keçirdiyi layihələrə və bu istiqamətdə atılan addımlara Buzovna bələdiyyəsi olaraq bizdə öz töhfəmizi veririk. Şəhid adlarının əbədiləşdirilməsində, xatirə lövhələrinin hazırlanmasında, həmçinin şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsində hər il  ciddi layihələr icra edilməkdədir.

Bələdiyyə iclasında təsdiqlənmiş qərara əsasən qəsəbədə olan 37  qazi və şəhid ailəsinin hər birinin ailəsi mütəmadi olaraq bələdiyyə sədrinin, üzv və qulluqçularının iştirakı ilə ziyarət edilib, ən əsası isə onların müraciətlərinə operativ baxılması təmin edilib.  Şəhid və qazi ailələrinə göstərilən qayğının sistemli şəkildə davam etdirilməsi üçün bələdiyyə iclasında xüsusi olaraq proqram təsdiq edilmiş və atılan hər bir addım məhz bu proqrama uyğun həyata keçirilməkdədir.  Sədr xüsusi olaraq qeyd edib ki, Buzovna bələdiyyəsinin qəsəbə ərazisindəki bəzi küçələrə asfalt salınmasında məhz şəhid və qazi ailələrinin təklif və tövsiyələri nəzərə alınıb.

Xəzər RİH-in təşəbbüsü ilə həyata keçirilən və  şəhidlərin əziz xatirəsinə həsr olunmuş  “Abidə kompleksi”nin açılışı da bu proqramda nəzərə tutulan layihələrdən idi. Bu gün monumental abidə kompleksi hər bir Buzovna sakini üçün ziyarətgah yerinə çevrilib. Proqrama uyğun olaraq mütəmadi olaraq Buzovna bələdiyyəsinin nümayəndələri tərəfindən ərazidə yaşayan 12 şəhid və 25 qazinin ailəsi  ziyarət edilərək onların hər birinin ailəsinə  bayram günlərində həm ərzaq sovqatı göndərilir, həm də maddi yardım göstərilir.

Mətləb Əliyev sonda bildirib ki, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər bir bələdiyyə üzvünün və qulluqçusunun müqəddəs borcudur. Buzovna bələdiyyəsi olaraq bu işdə bundan sonrada öz töhvəmizi verəcəyik.

Görüşdə iştirak edən qazilər şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Səmimi dostluq şəraitində davam edən görüşdə qazilərin qaldırdıqları məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda abidə kompleksinin qarşısında xatirə şəkli çəkilmişdir.

Belediyye.info