Elşad Vəliyev: “Bu gün hər bir bələdiyyə üzv və qulluqçusu əmindir ki,....”
“Azərbaycan
xalqı böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş
Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir”- bu fikirləri Belediyye.infoya Xətai Bələdiyyəsinin sədri
Elşad Vəliyev deyib.
Sədrin
sözlərinə görə, Heydər Əliyevin uzaqgörənliyi və fədakarlığı onu bütün dünya azərbaycanlılarının
lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib.
Heydər
Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz
ümummilli lider mövqeyi qazandırıb. Ötən
illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf
strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda
Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər
Əliyevin görmək istədiyi Azərbaycandır.
Elşad
Vəliyev qeyd edib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən
müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu
uğurla davam etdirməsi faktı dayanır.
Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin
siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Bu gün hər bir bələdiyyə üzv və qulluqçusu əmindir ki, Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha yüksək zirvələri bundan sonra da fəth edəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy