Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-09-2024 , 20:38

755

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Şəhid və qazi ailələri Sahil bələdiyyəsinin daim  diqqət mərkəzindədir

27 sentyabr 2020-ci il Azərbaycan tarixinə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü , Vətən uğrunda savaşı ilə yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin ölkənin müdafiəsi uğrunda mübarizəyə başlanması əmri 30 ildən bəri xalqın gözlədiyi gün idi.
İşğal altında olan torpaqlarımız 44 günlük müharibə dövründə şəhidlərimizin, misilsiz qəhrəmanlıqları ilə tarixin yaddaşına yazılan, ölümün bir addımından dönən qazilərimizin sayəsində azad edildi.
Səfərbərlik elan edildiyi vaxtdan bələdiyyə sədri, bələdiyyə üzv və qulluqçuları verilən tapşırıqları arxa cəbhədə layiqincə yerinə yetirməyə çalışmışdır.
Görülən işlərin  nəticəsi olaraq bələdiyyə sədri “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifələrlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə 10 dekabr 2020-ci il tarixində “Fəxri fərman”la təltif olunmuşdur.
Beləliklə, Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın edərək, böyük zəfərə imza atdı.
Təəssüf ki, müharibə itkisiz olmur. Bu müharibədə Sahil qəsəbə sakinlərindən 5 nəfəri şəhid olmuşdur.
Şəhidlərin dəfn mərasimində bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları yaxından iştirak edib. Beləki, Gəmiqayırma zavodunda çalışan bələdiyyə üzvü N.Vəliyev isə şəhidlərin dəfnində, 3-ü, 7-si və anım günlərində şəhid ailələrinin, yaxınlarının, qəsəbə sakinlərinin Lökbatan qəbirstanlığına qəbirüstü ziyarətlərinin şirkət avtobuslarının  təşkil olunmasında yaxından  iştirak etmişdir.
Sahil bələdiyyəsi tərəfindən şəhid ailələrinə diqqət və qayğı göstərilərək bir sıra işlər görülmüşdür. Beləki,  Sahil qəsəbəsinin ilk şəhidi Abasov Ruslan Hikmət oğlunun yas mərasiminin keçirilməsində Sahil  bələdiyyəsi tərəfindən  700 manat məbləğində ərzaq yardımı; şəhid Kəlbiyev Şaiq Namiq oğlunun yas mərasiminin keçirilməsində 548 manat məbləğində ərzaq yardımı köməklik olunmuşdur.
Həmçinin şəhid Kəlbiyev Şaiq Namiq oğlunun ad günü mərasiminin keçirilməsinə 1000 manat məbləğində maddi yardım köməklik edilmişdir. Bələdiyyə tərəfindən şəhid Kəlbiyev Şaiq Namiq oğlunun yaşadığı binanın qarşısına asfalt örtüyü çəkilmişdir.
44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatması münasibəti ilə Bələdiyyə tərəfindən Sahil qəsəbəsi Kristal şadlıq sarayında 05.11.2021-ci il tarixində  “Zəfər yürüşü” adlı tədbir keçirilmişdir. Tədbirə Qaradağ rayon İHB-nın nümayəndəsi Munis Bayramov, Qaradağ rayon YAP təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, “Belediyye.info” saytının təsisçisi  Vüqar Tofiqli,  şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri ,qəsəbə sakinləri iştirak etmişdir. Vətən müharibəsi zamanı həlak olmuş Qaradağ rayon Sahil qəsəbə ərazisində yaşayan şəhidlərimiz  haqqında qısa məlumat verilmişdir. Tədbirin  keçirilməsi üçün 864 manat məbləğində vəsait ayrılmışdır. Bələdiyyənin təşəbbüsü ilə hər bir şəhid ailələrinə “Qaradağ Holcim” ASC tərəfindən şəhid və qazi ailələrinə  ərzaq kuponu, Sahil qəsəbə ərazisində yerləşən “Optimal” supermarket tərəfindən hər bir qazi və şəhid ailəsinə  poverbanklar təqdim olunmuşdur.
Şəhid Rəsulov Teymur Yavuz oğlunun doğum günü münasibəti ilə Sahil parkında ağacəkmə aksiyasında,  301 saylı uşaq bağçasının həyətində büstün açılışında, 23.07.2022-ci il tarixdə isə şəhidin şeirlərindən ibarət olan “Qürub vaxtı” adlı kitabın təqdimatında bələdiyyə sədri və qulluqçuları iştirak etmişdir.
Vətən Müharibəsi müddətində itirilmiş tarixi torpaqlarımızı qanları, canları bahasına öz sahibinə qaytaran qəhrəman oğulların keçdiyi ağır döyüş yollarından , həyatlarından bəhs edən,  yazıçı N.Cavadovanın qələmə aldığı  “Vətən naminə “ adlı kitabın nəşr olunması üçün bələdiyyə büdcəsindən  1200 manat vəsait ayrılmışdır.
Novruz bayramı münasibəti ilə şəhid , qazi , aztəminatlı 15 ailəyə bayram sovqatının verilməsi üçün 1076 manat vəsait ayrılmışdır.Həmçinin Qurbay bayramı ərəfəsində hər bir ailəyə 3kq  qurban  payı paylanılmışdır.
Bələdiyyə tərəfindən qazilərimizə maddi köməklik də olunmuşdur.
Sahil bələdiyyəsi tərəfindən müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə hər cür qayğı və diqqətin göstərilməsi mütəmadi olaraq davam  etdiriləcəkdir .
Allahdan şəhidlərimizə rəhmət diləyirik.
Elmira Əliyeva
Qaradağ rayonu Sahil bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər