Rauf Hüseynov: “Kənd ərazisində görülən işlər vergi daxilolmalarının həcmi ardıqca mütəmadi olaraq davam etdiriləcəkdir”
"Tüləkəran bələdiyyəsinin həyata keçirdiyi bütün layihələr
daim vətəndaş məmnunluğunu təmin edilməsinə xidmət edir"- bu fikriləri
adıçəkilən bələdiyyənin sədri Rauf Hüseynov deyib.
Sədr bildirib ki, bu günlərdə Quba rayon Tüləkəran bələdiyyəsi
Aşağı Tüləkəran-Suxtəkələ kəndlər arası qanunsuz zəbt olunmuş 800 metr yol genişləndirilmişdir.
Yolun mövcud 3 metrlik eni 8 metrə çatdırılaraq sakinlərin,
xüsüsən də qış aylarında təhlükəsiz hərəkəti təmin olunmuşdur.
Rauf Hüseynov bildirib ki,
layihəyə əlavə olaraq 400 metr ərazidə daxili yollarda hamarlanma və
cari təmir işləri aparılmışdır. Sədr göstərdikləri köməkliyə görə əməyi keçən kənd
sakinlərinə təşəkkürünü bildirib.
Kənd ərazisində görülən işlər vergi daxilolmalarının həcmi ardıqca mütəmadi olaraq davam etdiriləcəkdir. Sakinlərimizdən kəndlərimizin ümumi sosial inkişafında aktiv olmağa və vergi borclarını ödəməklə bu işdə öz töhvələrini verməyə dəvət edirik.
Belediyye.info
Rəylər
0 Rəy