Ruhiyyə Bayramova: “Bələdiyyə tərəfindən ahıl şəxslərə mütəmadi olaraq diqqət və qayğı göstərilir”
“Yasamal rayonunda yaşayan ahıl şəxslərdən birinə bələdiyyə hesabına yollayış təqdim edilmişdir”- bu fikirləri Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Respublika Komitəsinin Yasamal rayon təşkilatının yeni seçilmiş sədri Ruhiyyə Bayramova bildirib.
Rayon təşkilatının sədri bildirib ki, Yasamal rayonunda yaşayan ahıl şəxslər daim Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin diqqət mərkəzindədir. Bu günlərdə Yasamal rayonunda yaşayan ahıl şəxs Məmmədova Müzayyə Mürsəl qızının Yasamal Bələdiyyəsinə səhhəti ilə bağlı müalicə üçün müraciəti nəzərə alınaraq, bələdiyyənin maliyyə vəsaiti hesabına Mərdəkan qəsəbəsində yerləşən “Abşeron” sanatoriyasına yollayış təqdim edilmişdir.
Ruhiyyə Bayramovanın sözlərinə görə, Yasamal bələdiyyəsi tərəfindən hər daim ahıl şəxslərə diqqət və qayğı göstərilir.
Qeyd edək ki, Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Respublika Komitəsinin Yasamal rayon təşkilatının bu günlərdə hesabat yığıncağı keçirilib. Yığıncaqda təşkilatı məsələlyə baxılaraq bələdiyyə qulluqçusu Ruhiyyə Bayramova rayon təşkilatının sədri seçilib.
Belediyye.info
Rəylər
0 Rəy