T. Məmmədov: “Bələdiyyə olaraq dövlətimizin gördüyü işlərə dəstək olaraq bizdə öz töhfəmizi verməli, ümumi prosesdən kənarda qalmamalıyıq”
Badamdar bələdiyyəsində
şəhi, qazi və aztəminatlı ailələrin uşaqları ilə görüş keçirilmişdir. Görüşü Badamdar bələdiyyəsinin
sədri Təzəxan Məmmədov açaraq uşaqları qarşıdan gələn "Bilik
günü" münasibətilə təbrik etmiş, ölkəmizdə ənənəvi olaraq cəmiyyətin gələcəyi
olan uşaqların sağlamlığına, təhsilinə və yaşayış şəraitinə xüsusi əhəmiyyət
verildiyini bildirmişdir.
Sədr
qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu
gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan uşaq
hüquqlarının qorunması dövlət rəhbərinin daim diqqət mərkəzindədir.
“Bələdiyyə
olaraq dövlətimizin gördüyü işlərə dəsətk olaraq bu sahədə bizdə öz töhfəmizi
verməli, ümumi prosesdən kənarda qalmamalıyıq”- bu fikirləri də bələdiyyə sədri
bildirib.
Badamdar bələdiyyəsi də hər il oldugu kimi bələdiyyə iclasının qərarına əsasən bu görüşü təşkil edimişdir. Bələdiyyənin üzv və qulluqçularıin in itikaıylıa keçirilən görüşün sonunda 35 nəfər uşağa məktəbli formaları və dərs ləvazimatları verilmiş və onlarla xatirə şəkli çəkilmişdir.
Belediyye.info