Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-06-2025 , 23:55

482

Son xəbərlər

Bütün xəbərlər

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Kamandar Zeynalov:" Biz də bir  bələdiyyə olaraq fəaliyyətimizlə ölkəmizin uğurlu inkişafına öz töhfəmizi verməyə borcluyuq"

"Hər il respublikamızda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd olunur. Cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq hissi ilə qeyd edir"- bu fikirləri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov deyib. 

Sədr qeyd edib ki,  dövlət müstəqilliyinə nail olmaq hər bir xalqın müqayisəyəgəlməz tarixi nailiyyətidir. 

Xalqımızın sağlam qüvvələri və ziyalılar ölkəmizin ən ağır günündə, hərc-mərcliyin baş alıb getdiyi bir vaxtda  Heydər Əliyevə müraciət edərək Onu xalqımızı düçar ola biləcəyi bəlalardan xilas etməyə çağırdılar.  

Beləliklə, Ulu Öndər Heydər Əliyev Ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı, iyunun 9-da Bakıya gəldi və xilaskarlıq missiyasını yerinə yetirdi.  Ulu Öndər qısa müddətdə siyasi sabitliyi bərqərar etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, cəbhədə atəşkəsə nail olundu, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etməyə başladı.

Ümummilli Liderimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunması tarixi hadisə idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişafının hüquqi əsaslarını müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Yeni qəbul edilən Konstitusiyamızda  bütov bir bölmənin bələdiyyə sisteminə aid edilməsi də məhz Ümummilli liderin xidmətidir.

Bütövlükdə, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Biz də bir  bələdiyyə olaraq fəaliyyətimizlə ölkəmizin uğurlu inkişafına öz töhfəmizi verməyə borcluyuq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər