Keşlə qəsəbəsində də "Son zəng" keçirilib
İyunun 14-də Nizami rayonunda yerləşən 312 nömrəli tam orta məktəbdə “Son Zəng” tədbiri keçirilib. Dövlət Himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə müəllimlər, məzunlar, şəhid anaları və Keşlə bələdiyyəsinin sədri Rəşad Babayev və sədr müavini İradə Həsənova da iştirak edib.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə qeyd edilib ki, bu gün Azərbaycan gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər və müəllimlər Fəxri fərman və diplomlarla təltif olunublar.
Tədbirin sonunda məktəbin son zəngi çalınıb, səmaya əlvan şarlar buraxılıb.
Rəylər
0 Rəy