Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-06-2025 , 21:21

974

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İcra başçısı müdaxilə etdi, xidmət hərəkətə keçdi 

Binəqədi rayonu Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması işinə başlanılmışdır.

Binəqədi RİH-nin başçısı Elxan Allahverdiyevin sakinlərlə keçirdiyi səyyar görüşlər zamanı sakinlər tərəfindən qaldırılan problemlərdən  də biri adı çəkilən küçədə su və eyni zamanda yol problemi idi.

Rayon İcra Hakimiyyətinin başçısının məsələyə müdaxiləsindən sonra, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları tərəfindən primitiv qaydada yaradılmış şəbəkələr ləğv edilərək, yeni mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılır. İndiyədək mərkəzləşdirilmiş şəbəkə olmadığından sakinlər  içməli su təchizatında çətinliklərlə üzləşirdilər. Tikinti norma və qaydalarına cavab verməyən bu xətlərdə tez-tez qəzaların baş verməsi ciddi su itkilərinə səbəb olurdu. Həmçinin, yol infrastrukturuna ciddi ziyan vurulurdu. Bu işlərin görülməsi nəticəsində 300 dən çox ailənin içməli su təminatı yaxşılaşacaq. İşlər yekunlaşdıqdan sonra yolun bərpası işlərinə başlanılması nəzərdə tutulur.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq bələdiyyə sədri vəfat edib

Bakı
30-06-2025
1353