Bələdiyyə sədri "Son zəng" mərasimində iştirak edib
Şüvəlan qəsəbəsində A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyada "Son zəng" mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Belediyye.info xəbər verir ki, tədbirdə iştirak edən qonaqlar, o cümlədən Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov çıxış edərək məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.
Çıxış edən natiqlərdən sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.
Belediyye.info
Rəylər
0 Rəy