Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib
Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Yeni Yasamal-2 ev 10 ünvanında yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.Səyyar görüşdə çıxış edən bələdiyyəninsədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun salamlarını çatdırdı və 15 İyun- Milli Qurtuluş Günü münasibətilə təbrik etdi.Sakinlərin binada liftin quraşdırılması, asudə vaxtlarını keçirmək üçün həyətdə oturacaqların qoyulması, söhbətgahların quraşdırılması və digər məsələlərlə bağlı arzu və təklifləri dinlənildi,səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.
Sakinlər adından çıxış edən bələdiyyənin məhəllə komitəsinin sədri Bəxtiyar Xeyirovrayon ərazisində görülən işlərə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri TahirMəmmədova öz minnətdarlığını bildirdi.Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.
Yasamal bələdiyyəsi