Bələdiyyələrin iştirakıyla Binəqədi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan növbəti ağacəkmə aksiyası keçirilib
Bu gün
Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzinin təşəbbüsü, Binəqədi
Bələdiyyəsinin təşkilatçılığı, habelə
Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin nümayəndələrinin
iştirakıyla Binəqədi rayonu ərazisində ağacəkmə, o cümlədən sahilyanı zonada
təmizlik aksiyası keçirilib.
Aksiyada Bələdiyyələrlə iş Mərkəzinin rəisi
Rəhman Məmmədov, habelə mərkəzin məsul işçiləri, paytaxtda formalar
bələdiyyələrin sədrləri və qulluqçuları iştirak ediblər. Bu Bələdiyyələrlə iş mərkəzinin
təşəbbüsü ilə keçirilən ikinci aksiyadır. Bundan əvvəl belə bir aksiya
Nərimanov bələdiyyəsinin təşkilatçılığı ilə keçirilmişdir.
Bu aksiyaların keçirilməsində məqsəd
yaşıllaşdırma ənənələri irsini davam etdirmək və insanlar arasında ekoloji mədəniyyəti,
təbiətə olan qayğı hissini təbliğ etməkdən, habelə çimərlik zonasında təmizliyə
riayət olunmasını təbliğ etməkdən ibarət olub.
Aksiyada 200 ədəd “Eldar şamı” ağacı əkilərək
aqrotexniki xidmət göstərilib.
Əlavə edək ki, dövlət başçısının Sərəncamı ilə 2024-cü
il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ədliyyə Nazirliyi tərəfindən
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il
tarixli Sərəncamından irəli gələn məsələlər barədə” tövsiyə hazırlanaraq
bütün bələdiyyələrə göndərilib.
Tövsiyəyə uyğun olaraq ölkənin ayrı-ayrı
bələdiyyələri tərəfindən çoxsaylı ağacəkmə aksiyaları və ekoloji tədbirlər
həyata keçirilməsi nəzərdə tutulub.
Sonda aksiya iştirakçıları ilə xatirə şəkli çəkilib.
Belediyye.info
Rəylər
1 Rəy
Eldar Məmmədov
04-05-2024, 8 ay əvvəl
Əhsən bu tədbirə
Cavabla