Mətləb Əliyev: “Qəsəbənin yaşıllıq zolaqlarının qorunması Buzovna bələdiyyəsinin diqqətində olmaqla maliyyə imkanları çərçivəsində mühafizəsinə dəstək göstərməyi unutmur”
“Məlum
olduğu kimi, ötən ilin dekabrın 25-də cənab Prezident İlham Əliyev ölkəmizdə
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam
imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin
etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı
mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna Bələdiyyəsinin
sədri Mətləb Əliyev bildirib.
Sədrin
sözlərinə görə, həmrəylik ilinə bizdə bir bələdiyyə olaraq öz töhfəmizi verməyə
borcluyuq. Məhz bu məqsədlə bələdiyyənin ekologiya məsələləri daimi komissiyasında
qaldırlan məsələlər bələdiyyə iclasında müzakirəyə cıxarılaraq müvafiq qərarlar
qəbul edilib.
Ən
vacib qərar isə qəsəbə ərazisində yaşıllıq zolaqlarının qorunması və muhafizəsi
habelə onlara aqrotexniki qulluğun göstərilməsinin daimi nəzarət
saxlanılmasıdır.
Bununla
yanaşı ötən illərdə bələdiyyə tərəfindən salınmış park və bağlarda cari təmir
işlərinin aparılması da görülən işlər sırasındadır.
Qəsəbənin yaşıllıq zolaqlarının qorunması Buzovna bələdiyyəsinin diqqətində olmaqla maliyyə imkanları çərçivəsində mühafizəsinə dəstək göstərməyi unutmur.
Cənab
Prezidentin imzaladığı sənəddə də qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi
inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım
ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin
sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və
dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində
işlər aparılır.
Belə məsul bir layihənin icrasında Buzovna bələdiyyəsi də öz töhfəsini verəcək və bu istiqamətdə artıq addımlar atılmaqdadır.
Belediyye.info
Rəylər
0 Rəy