Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-11-2024 , 21:37

494

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov:  “Bələdiyyə seçkilərinin yaxınlaşdığı bir dövrdə...“

“Şüvəlan bələdiyyəsi büdcə gəlirlərini cari ildə də artırmağa çalışır. Bununla bağlı bələdiyyə iclasının qərarıyla konkret addımlar atır və ən əsası  sakinlərlə görüşlərə üstünlük verir” - bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bildirib.

Sədrin sözlərinə görə,hazırda yenilənmiş BAMS proqramı fəaliyyətimizə müsbət təsir etməkdədir, üstəlik BAMS-ın  Əmlak məsələləri Dövlət Xidmətinin bazasına inteqrasiya olunması son nəticədə bələdiyyənin büdcə gəlirlərinə ciddi dəstək verməkdədir.

Bu addımın sayəsində cari ilin üçüncü rübü ərzində  Şüvəlan bələdiyyəsi  paytaxtda formalaşan   53 bələdiyyə sırasında   Səngəçal, Zığ, Ələt,  Bülbülə və  Səbail bələdiyyəsindən  sonra 2.2 dəfə büdcə gəlirlərini  artırmaqla altıncı yeri tuta bilib. Bu nəticəni əldə edilməsində kollektivin bütün üzvlərinin xidməti var.

Ancaq təəsüf edirik ki, bir çox sakinlərimiz vergi ödəməkdən yayınmağa üstünlük verir, bələdiyyənin inkişafına töhfələrini vermək niyyətində olmurlar.  

Məhz bu səbəbdən cari ildə iri vergi borcu olan vergi ödəyicilərinin 21 nəfəri barəsində bələdiyyə iclasının qərarı icra şöbəsinə göndərilib. Hazırda onlardan 17 nəfəri vergi borcunu ödəyib, digərlərinin də vergi borcunun ödənilməsi üzərində iş aparılır.

Bələdiyyə seçkilərinin yaxınlaşdığı bir dövrdə biz seçicilərimiz qarşısında götürdüyümüz öhdəliyi layiqincə yerinə yetirməyə çalışırıq.

Onu da əlavə edək ki, şəffaflığın təmin edilməsi üçün vergi yığımlarında birbaşa hər vətəndaşa BAMS- tərəfindən şəxsi ödəyici kodu yaradılır, rahat və geniş ödəmə imkanı təqdim olunur. İstənilən bank və poçt filiallarında və yaxud ödəniş terminalları,saytları  vasitəsilə, hər vətəndaş yaxınlaşıb şəxsi ödəyici kodunu söyləməklə məlumat ala bilər və rahatlıqla ödəniş edə bilər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər