Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-11-2024 , 13:00

519

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mətləb Əliyev: "Hər birimiz bu tədbirin yüksək səviyyədə keçməsi üçün  dövlətimizin yanındayıq"     

 

1930-cu il avqust ayının 8-də respublikamızda keçmiş sovet dövründə  yeni ərazi-inzibati bölgüsü aparıldıqdan dörd il sonra, yəni 3 noyabr 1934-cü ildə indiki  Xəzər (əvvəlki adı Əzizbəyov olmaqla) inzibati rayon olaraq formalaşdırılıb. Rayon formalaşdırıldıqdan sonra rayon ərazisindəki kəndlərin qəsəbə statusu məsələsinə baxılması qərara alınmışdı. 

Nəticədə  26 fevral 1936-ci ildə Mərdəkan, Binə və Qala kəndələrinə, 10 noyabr 1937-ci ildə   Şüvəlan  və Buzovna kəndlərinə, 02 dekabr 1960-cı ildə Türkan və Zirə kəndlərinə şəhər tipli qəsəbə  statusu verilmişdi. Beləliklə,  xoş bir təsadüfdür ki, bu gün  şüvəlanlılarla yanaşı həmdə buzovnalılar üçün də əziz gündür. YənI kəndə qəsəbə statusu 87 il əvvəl,  məhz bu gün verilmişdi. 

Məsələyə münasibət bildirən, Xəzər rayonu,  Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev  Belediyye.infoya açıqlamasında bildirib ki, qədim Buzovna kəndi tarixi abidələri ilə, yaradıcı insanları ilə, həm də saf və təmzi təbiəti ilə tanınır, seçilir. Burada "Qara paltar piri" (XVII əsr), Qasım Şeyx Cavad, Seyyid Gülşan pirləri, Yuxarı məscid (XVI əsr), Sahib-əl Zaman məscidi (XVII əsr), imam Hüseyn məscidi (XVII əsr), Cümə məscidi (XIX əsr), qədim hamamlar kimi tarixi abidələr yerləşir. Təəsüf ki, kənddə mövcud olmuş Alban kilsəsi və Buzovna qalası sovet hakimiyyəti illərində dağıdılmışdı. 

1893-cü ilin statistik məlumatlarına görə, Buzovnada 2,1 min sakin yaşayırdı. 1960-cı ilin məlumatına əsasən, əhalinin sayı 9 min nəfər olub.  hazırda isə Buzovna  qəsəbəsinin əhalisi 45 min nəfərə yaxın təşkil edir.

İş elə gətirib ki, on noyabr həm Vətən müharibəsinin sonuncu günü, həm mötəbər bir tədbirin  işə başladığı gün, həm də Buzovna kəndinə qəsəbə statusunun verildiyi bir gündür. 

Bələdiyyə olaraq bu gün  bizim əsas məqsədimiz  sakinlərə layiqincə xidmət etmək, qaldırılan məsələləri yerindəcə həllinə nail olmaqdan ibarətdir. Maliyyə imkanları çərçivəsində biz üzərimzə düşən bu vəzifənin öhdəsindən gəlməyə çalışırıq. 

İndiki vaxtda  “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının  paytaxtımızda keçirilən 29-cu sessiyasının işə başladığı bir vaxtda  hər birimiz bu tədbirin yüksək səviyyədə keçməsi üçün  bələdiyyə olaraq hər zaman Vətənimizinn, dövlətimizin yanındayıq.     

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər