Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-11-2024 , 14:38

542

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sədr: “Türkan bələdiyyəsi şəhid və qazi ailələrinin sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Bununla bağlı Xəzər rayonu Türkan bələdiyyəsinin sədri Böyükağa Yarıyev  Belediyye.infoya deyib ki, “44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur”.  

Sədr qeyd edib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynamışdır.

Xəzər rayonu Türkan bələdiyyəsi fəaliyyətində  şəhid və qazi ailələrinin sosial problemlərinin həll edilməsinə cidd diqqət ayırmaqdadır.

Şəhidlərə həsr olunan bulaq-abidə kompleksinin istifadəyə verilməsi həyata keçirilmiş layihələr sırasındadır.  Abidə-kompleksində keniş bir ərazini əhatə edir, qəsəbənin şəhid olmuş dörd yetirməsinin barelyefi vurulmuş və ətrafına gül-çiçək kolları əkilmişdir.

Sədr daha sonra qeyd edib ki, Xəzər RİH təşəbbüsü ilə ərsəyə gələn abidə kompleksi bələdiyyə tərəfindən mütəmadi olaraq diqqət mərkəzində saxlanılır və əkilən gül kollarına aqrotexniki qulluq göstərilir. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər